Hamilə qalmaq istəyənlərə

Hamilə qalmaq istəyənlərə
Hamiləlik
10.09.2017 27
Hamiləliyi planladığınız günlərdən etibarən (hamilə qalmağı gözləmədən) fol turşusu vitaminini istifadəyə başlamağınız lazımdır. Fol turşusu istifadəsi və hamiləlikdən əvvəl edilməsi lazım olan analizlər üçün həkiminizə müraciət etməlisiniz.



Yumurtaların fəaliyyətə başladığı zamana yaxın günlərdə əlaqəyə girməyiniz hamiləlik şansınızı artırar. Bu zaman aybaşı başlamadan 14 gün əvvələ düşür.  

1 il qorunmadan nizamlı əlaqəyə girilməsinə baxmayaraq hamiləlik olmayıbsa, sonsuzluqdan şübhələnmək lazımdır. Bu vəziyyətdə səbəblərin araşdırılması və müalicə üçün həkiminizə müraciət etməlisiniz.



Hamiləliyi planlaşdıran qadınlar kökdürlərsə, hamilə qalmazdan əvvəl arıqlamaları məsləhətdir. Çox kilo ilə hamiləliyə başlamaq hamiləlikdə alınacaq kilolarla birlikdə müxtəlif çətinliklərə yol aça bilər.

 

Həddindən artıq kilo hamilə qalmağı çətinləşdirən faktorlardan biridir. Arıqlamaq üçün həkimdən kömək almağınız və idman etməyiniz faydalı olacaqdır.

 

Siqaret hamilə qalmağı çətinləşdirən faktorlardan biridir.



Uşaq istəyən cütlərin ən çox maraqlandıqları mövzulardan biri də körpənin cinsiyyətini müəyyən etmək üçün yəni əvvəlcədən qız və ya oğlan olmağını artıran bir üsulun olub-olmamağıdır. Genetik üsullar xaricində (PGD) heç bir üsul körpənin cinsiyyətini təyinində təsirli deyil. Bu, nə təqvimlər, nə qida, nə də əlaqə zamanı ilə əlaqədar deyil. Körpənin cinsiyyəti ancaq PGD deyilən genetik üsulla süni mayalanmanın əvvəlində müəyyənləşdirilə bilər. Lakin bu da ölkəmizdə qadağandır və heç bir yerdə edilməməktədir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!