Ana namizədlərinə məsləhətlər

Ana namizədlərinə məsləhətlər
Hamiləlik
10.09.2017 14
Hamiləlik - qadının uşaqlığında gələcək uşağın inkişaf etdiyi vəziyyətidir. Hamiləlik 270-280 gün çəkir. Hamiləliyin başlıca əlaməti - aybaşının kəsilməsi, ürəkbulanmalar, əzginlik, döş vəzilərinin şişməsidir. Hamiləliyi həkim təyin edir, o, hamiləliyin gedişini izləyir, arterial təzyiqin, bədənin çəkisinin dəyişməsini və sağlamlığın başqa göstəricilərini qeydə alır.



Hamilə qadın yorulmamalı, ağır idmanla məşğul olmamalı, hündürdaban ayaqqabı geyinməməlidir. O, bədənin çəkisinə nəzarət etməli, iki adamın yerinə yeməli dedikdə kəmiyyət baxımından deyil, keyfiyyət baxımından buna əməl etməlidir. Hamiləlik vaxtı lazımi qida növündən faydalanmaq həm ananın, həm də uşağın sağlamlıq və gözəlliyini qoruyub saxlamalıdır. Həkimlərin nəzərincə hamilə qadın öz qida rejimini gözləməlidir.



Gündəlik yeyilən yeməklərin tərkibində yağ və şəkər ilə yanaşı, mineral maddələr də olmalıdır. Uşaq və ana üçün lazımi mineral maddələr göyərti və meyvələrdə daha çoxdur.



Həmçinin hisə verilmiş balıq, tünd ədviyyatlar, kolbasa çox yeməməlidir. Hamiləliyin ikinci yarısında duzsuz pəhriz saxlamalıdır. Hamiləlik vaxtı həkim təyin etməyibsə, heç bir dərman qəbul etməməli, hərəkət etməli və təmiz havada gəzməli, yüngül fiziki iş görməlidir.



Hamilə qadın siqaret çəkməməli, spirtli içki içməməlidir. Müşahidələr göstərir ki, hamilə qadın siqaret çəkərsə vaxtından əvvəl doğuş baş təhlükəsi və bir çox qüsurlara səbəb ola bilər.



Spirtli içki içən qadınların uşaqları anadan doğulduqdan sonra çox vaxt inkişafdan dayanır. Onlar tez-tez xəstələnir və xəstəliyi ağır keçirirlər. Yaxşı məlumdur ki, valideynlərdən hansısa mayalanma vaxtı sərxoşdursa, bu mütləq uşağın əsəb xəstəliyinə tutulmasına səbəb olur. Hamilə qadının spirtli içki içməsi müxtəlif cür eybəcərliyi olan uşaqların doğulmasına səbəb olur.



Uşağın doğulması



Uşaq doğulana yaxın ana bətnində adətən başı aşağı vəziyyətdə olur. Onun doğulması üçün uşaqlıq boynu yetərincə genəlməli, qadının çanağını əmələ gətirən sümüklər aralanmalı, döl qişası partlamalı, içərisindəki su isə uşaqlıq yolundan bayıra axmalıdır.



Doğuşun başlanması uşaqlıq əzələlərinə təsir edən hipofizin buraxdığı hormonla əlaqədardır. Bu əzələlər qüvvətlə yığılmağa başlayır, bunun nəticəsində döl uşaqlıq yoluna itələnir. Dölün başı görünən kimi həkim onu tutur, uşağın çiyinlərini və bədəninin qalan hissəsini dartıb çıxarır. Həkim uşağın ağzındakı və udlağındakı seliyi təmizləyir. Uşaq ilk dəfə qışqırır. Bu, ağciyər tənəffüsünün ilk əlamətləridir. Bu andan başlayaraq uşağın qanına ağciyərlərdən oksigen gəlməyə başlayır. Sonra həkim uşağın göbək ciyəsini bağlayır.



Doğuşdan 15-20 dəqiqə sonra cift uşaqlıqdan qopur,göbək ciyəsinin və döl qişasının qalıqları ilə birlikdə xaricə çıxır.



Uşağın əmizdirilməsi



Bütün məməlilər kimi insan da öz uşağına döş əmizdirir. Qadınlarda hələ hamiləliyin birinci yarısında süd vəzilərinin vəzi hüceyrələri az miqdarda süd əmələ gətirməyə başlayır. Uşaq doğulduqndan sonra süd çoxalır. Uşağa döş südü əmizdirməyin süni qidalandırmadan bir çox üstünlükləri vardır. O, anaya doğuşdan sonra öz sağlamlığını möhkəmlətməyə kömək edir: uşaq döş əmdikdə uşaqlıq divarının əzələləri reflektor olaraq yığılır və uşaqlıq əvvəlki vəziyyətinə geri dönür. Döş əmmək uşağın özünə daha vacibdir. Ana südündə 5 aylığa qədər lazım olan bütün maddələr olur, ana südü uşağın böyüməsini və inkişaf etməsini təmin edir. Uşaq ana südü onu xəstəliklərdən qoruyan ilə əks cisimlər qəbul edir.



Döş əmizdirmə - ana ilə uşağı bir-birinə bağlayan doğmalıq hissi yaradır. Qadın təkcə uşaq doğmaqla özünü ana hiss etmir. Bu hiss döş əmizdirərkən və hər gün uşaq ilə ünsiyyətdə olarkən yaranır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!