Yalançı hamiləlik nədir?

Yalançı hamiləlik nədir?
Hamiləlik
10.09.2017 18
Həddindən artıq uşaq arzusu ilə yaşayan və bunu ifrat dərəcədə beyninə salan qadınların başına gələn və nadir rast gəlinən yalançı hamiləlik, aktual psixoloji və fiziki problemə çevrilmişdir. Bu vəziyyət nəinki uşaq arzulayan, eləcə də uşaq sahibi olmaqdan qorxan qadinlarda da müşahidə ola bilər.



Tibbi dildə ”Pseudocyesis” olaraq adlandırılan bu xəstəlik əsasən qadınların depressiya vəziyyətində əmələ gəlir.



Yalançı hamiləlik yaşayan qadınlarda gerçək hamiləliyin bütün əlamətləri müşahidə olunur. Ürəkbulanma, qusma, qarnın hamiləlik tipdə böyüməsi, çəkinin artması, həssaslıq kimi hallar baş verir. Hətta bəzi hallarda qadınlar dölün hərəkətlərini hiss etdiklərini də söyləyirlər. Bu hərəkətlər əslində bağırsaqların yol açdığı reaksiyalar və əzələlərin qeyri-iradi olaraq səyriməsi ilə əlaqədardır. Stress səbəbindən hipofiz vəzi funksiyasını dəyişərək artıq miqdarda prolaktin ifraz etməyə başlayır və xəstədə hamilə olmadığı halda süd ifrazı müşahidə olunur. Aybaşının kəsilməsini görən qadın özünü hamilə olduğuna inandırır və 9 ay sonra uşağına qovuşmaq arzusu ilə yaşayır. Lakin hamiləlik testlərinin neqativ olması qadını dərin depressiyaya uğradır və nəticədə isə böyük psixoloji travma ilə üzləşdirir.



Bu xəstəlik psixiatrların nəzər mərkəzinə çevrilmişdir. Adəti düşüklər keçirmiş, həmçinin uşaqlığı amputasiya olunmuş qadınlarda da rast gəlinə bilər.



Bu xəstəlik ta qədim zamanlardan hətta Hippokratın dövründən məlumdur.16cı yüzillikdə yaşayan İngiltərə kraliçası Mary-nin başına bir neçə dəfə gəlmişdir. Statistikada hətta 8-ci ayına qədər hamilə olduğuna inanan qadınlar da olub.



Yalançı hamiləlik yaşayan qadınların bəziləri xəstəliyi özü dəf edə bilir. Lakin ağır hallarda belə xəstələrlə psixiatrlar məşğul olur. Həkim onlara qarşı son dərəcədə diqqətli yanaşmalıdır. Problemin psixoloji hal olduğunu və müalicə almalı olduğunu başa salmalıdır. Çünki hamilə olduğuna inanan qadın yanlış məlumatlar nəticəsində böyük travmalar yaşaya bilər. Bu müalicə dövründə qadına psixiatrla yanaşı ginekoloqların da nəzarəti labüddür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!