Hamilələrə xəbərdarlıq - Göz müayinəsindən keçməsəniz...

Hamilələrə xəbərdarlıq - Göz müayinəsindən keçməsəniz...
Hamiləlik
10.09.2017 25
Yeni bir həyatın başlanğıcı olan hamiləlik qadın bədənində bir çox dəyişikliyə zəmin yaradır. Mütəxəssislər bu dövrdə önəmsənməyən və sağlamlığı təhdid edən dəyişikliklərlə bağlı xəbərdarlıq edir.Bunlardan biri də göz sağlamlığıdır.

Mütəxəssislər hamiləlik zamanı bədəndə böyük hormonal dəyişikliklərin baş verdiyini və göz sağlamlığının da bu dəyişikliklərin önündə gəldiyini vurğulayır. Ancaq nədənsə göz sağlığına yetərincə diqqət edilmir.



Əsasən şəkər və qlükomalı hamilə qadınları xəbərdar edən mütəxəssislər hamiləlik zamanı ifraz olunan uşağın böyümə hormonlarının ananın keçmişdə yaşadığı bəzi problemləri yenidən ortaya çıxardığını deyir.

Buna görə hamiləlik zamanı müntəzəm göz müayinəsinə laqeyd yanaşmaq olmaz.



Qlükomalı analar ilk üç aya diqqət etsin!

Qadınlarda hamiləlik zamanı göz təzyiqi normalda çox vaxt aşağı düşür, ancaq qlükomalı qadınlarda göz təzyiqi yüksələ bilər. Əsasən hamiləliyin ilk aylarında qlükoma əleyhinə dərman qəbulu məsləhət görülmür.



Tərkibində "prostaglandin” maddəsi olan göz təzyiqi damcılarını qətiyyən istifadə etməyin. Uşağın orqanlarının formalaşdığı ilk üç ay bu baxımdan çox risklidir.



Bu müddət ərzində analar qlükomaya qarşı dərman qəbulunu tərgitməli, hətta hamiləliyi planlaşdırdığı müddətdən bu dərman qəbulunu dayandırmalıdır.



Şəkər və təzyiq qorxusu olan qadınlarda göz dibi müayinənin də əhəmiyyətini vurğulayan mütəxəssislər hamiləlik zamanı retina qişasında qanama və arteriya damar pozuntularına səbəb ola biləcək retinopatinmin başlaya biləcəyini vurğulayır.



Hamiləlik bu probleminin daha da inkişaf etməsinə səbəb ola bilər. Buna görə şəkər xəstəsi olan hamilələrdə göz diblərinin və qan şəkərinin tez-tez yoxlanması mütləqdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!