Hamiləliyin ilkin əlamətləri

Hamiləliyin ilkin əlamətləri
Hamiləlik
10.09.2017 118
Ana olmaq hər bir qadının ən ülvi arzusudur. Hər bir qadın hamilə olub olmadığını həkim müayinəsinə düşmədən öncə bilmək istəyir. Məhz bu əlamətlərin nələr olduğunu bilmək istəyirsinizsə, buyurun oxuyun.

Hamiləliyin əsas göstəricisi aybaşının gecikməsidir. Lakin buna qədər qadının bətnində ikinci ürək döyünürsə, bunun əlamətləri vardır. Bunu bilmək üçün qadın öz bədəninə diqqət yetirməlidir.

Hamiləlik ovulyasiyadan sonra baş verən əlaqədən sonra ola bilər. 7 gün ərzində mayalanmış yumurta hüceyrə uşaqlığa doğru hərəkət edir və onun divarına implantasiya olunur. Bu proseslər qadın orqanizmində müxtəlif dəyişikliklərə səbəb olur.

 

1. Ürək bulanma

Bu əsasən səhərlər müşahidə olunur və toksikozun başalamasından xəbər  verir. Bəzi qadınlar isə ümumiyyətlə ürəkbulanmadan əziyyət çəkmirlər.

 

2. Qoxulara həssaslıq

Hamilə olan qadın qəfildən qoxulara qarşı həssas olur. Əvvəl xoşuna gələn qoxu indi qətiyyən onun xoşuna gəlməyə bilər.

 

3. İştahanın dəyişməsi

Burada kəskin iştahın artması və ya azalması ola bilər.

 

4. Bəzi qidalara xüsusi istək

Burada söhbət qadınların duzluya və ya kəskin qidalara meylindən söhbət  gedir.

 

5. Sidiyə getmənin çoxalması

Hamilə qalan qadın tez-tez lakin az miqdarda sidiyə getmək ehtiyacı duyur.



6. Döş vəzlərinin şişməsi

Bu əlamət daha dəqiq əlamət hesab olunur. Döşlər hamiləliyin 2-ci həftəsində artıq şişməyə və həssaslaşmağa başlayır.

 

7. Yuxululuq və əzginlik

 

8. Əhaval-ruhiyyənin tez-tez dəyişməsi

Bunlardan başqa tibbi əlamətlər də mövcuddur:

1. Bazal temperaturun enməsi və ya qalxması

2. İmplantasiya qanının olması. Yuxarıda dedik ki, embrion 7 gün sonra uşaqlıq divarına yapışır. Bu zaman o divarın hüceyrələrini əridən xüsusi maddələr ifraz edir.  Bu da az miqdarda qanaxmaya səbəb ola bilər.

3. Qanda İXH hormonunun miqdarının yüksəlməsi. Onu qeyd edək bu ən dəqiq göstəricidir. Adi halda qanda bu hormonun miqdarı 5 mV/ ml hesab edilirsə, hamiləlikdə bu 50 mV/ ml-ə qədər çoxalır.



Ülviyyə Səid
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!