Hamiləlikdən əvvəl dişlərin müayinəsi

Hamiləlikdən əvvəl dişlərin müayinəsi
Hamiləlik
10.09.2017 11
Valideyn olmağı planlaşdırırsınız? Sağlam qidalanma, müxtəlif analizlərlə yanaşı, mütləq bir stomatoloq müayinəsindən də keçməlisiniz. Bu zaman size ağız boşluğunda narahat edən bütün məsələləri həkimə deyməyiniz vacibdir. Çünki diş və diş əti ilə bağlı bütün problemlər həll edilərsə, daha rahat və sağlam şəkildə hamiləlik yaşaya bilərsiniz.



Çürük dişiniz varmı?

Hamiləlikdən əvvəl müalicəsi vacib olan xəstəliklərdən biri də çürük dişlərdir. Belə ki, bu dövrdə hormonal dəyişikliklər, orqanizmin həssaslaşması ağız boşluğundakı problemləri daha da qabardır ki, bu da hamilə üçün əlavə problemlər yaradır. Odur ki, mütləq çürük dişlər müalicə edilməlidir. Bildiyimiz kimi hamiləlik dönəmində çürük dişlərin müalicəsi əksər hallarda mümkün olmur.



Ağrılı diş nə üçün təhlükəlidir?

Ağrılı dişlərin müalicəsində antibiotik və müxtəlif ağrıkəsicilərdən istifadə edilir ki, bu da bir hamilə və onun bətnindəki körpə üçün təhlükəli ola bilər. Bu səbəbdən ağrılı dişlərinizi, qanayan dişətini vaxtında – hamiləlikdən əvvəl müalicə edib, tam sağlam və təravətli ağız boşluğu ilə hamiləliyə qədəm qoyun!



Hər körpə bir diş itkisidir?

9 ay boyunca qadınlar dişəti qanamasından, ağız qoxusundan əziyyət çəkər, üstəgəl ağrılı və çürük dişlər varsa, vəziyyət bir az da çətinləşər. Bu səbəbdən də xalq arasında belə bir deyim var: "Hər körpə bir diş itkisidir”. Amma elmin inkişafı sübut etdi ki, hamiləliyi sağlam keçirən qadında bu problemlər ola bilməz və heç bir diş itkisindən söhbət gedə bilməz. Öncədən müalicə edilən ağız boşluğu və gündəlik kalsium qəbulu hamilələrin diş tökülməsi qorxusunu tamamilə aradan qaldırar. Həkimlər hamilənin sağlam sümük və dişləri üçün, həmçinin körpənin sümük sisteminin möhkəmliyinə görə  gün ərzində 1200-1500 mq. kalsium qəbul etməsini tövsiyə edirlər.



Əgər planlaşdırmadan hamilə qaldınızsa və stomotoloqa müraciət etməyə vaxt tapa bilmədinizsə, o zaman hamiləliyin əvvəllərində həkim qəbuluna düşün və müayinədən keçin.



Aygün Quliyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!