Hamilə qalmaq üçün 6 qızıl qayda

Hamilə qalmaq üçün 6 qızıl qayda
Hamiləlik
10.09.2017 51
Ailə qurub, ana olmaq hər bir qadının arzusudur. Amma bəzi qaydalara əməl etməklə, prosesi sürətləndirə və tez bir zamanda bu şad xəbəri həyat yoldaşınıza çatdıra bilərsiniz.



Sizə hamilə qalmağı sürətləndirmək üçün 6 qızıl qaydanı təqdim edirik:



Hamiləliyə hazırlığa 2 həftə əvvəldən başlayın. Kişini yaxşı və faydalı yeməklərlə "bəsləyin”: Ət, fındıq, qoz, bir sözlə, tərkibi E vitamin ilə  zəngin olan qidaları mütləq gündəlik menyuya daxil edin. 2-3 gün cinsi əlaqədə olmaqdan çəkinin ki, sperma sayı və keyfiyyəti artsın.

Mayalanma məqsədi ilə cinsi əlaqə yalnız bir dəfə olmalıdır! Çünki ən həlledici sperm sayı elə birinci dəfə olur.

Əgər övlad sahibi olmaq istəyirsinizsə, o zaman qadını orqazm həddinə çatdırmaq məsləhət deyil. Çünki orqazm zamanı uşaqlıq boynu azca qalxır ki, daxil olan sperma da həmin "zirvə”niaşmalıdır. Amma qadın orqazm yaşamasa, sperm axını asanlıqla irəliləyə biləcək.

Təbii ki, hamilə qalmaq üçün xüsusi yumurtlama günlərini doğru hesablamaq lazımdır. Bu mövzuda saytımızın Ana səhifəsindəki Ovulyasiya cədvəli köməyinizə gələ bilər.

Əlaqədən sonra ayağa qalxmaq, duş qəbul etmək olmaz! Bir müddət uzanmaq lazımdır, yaxşı olar ki, bir neçə saat yatıb, dincələsiniz.

Hamilə qalmaq üçün həm ata, həm də ana namizəd uzunmüddətli istirahət etməli, stressdən uzaq olmalı, içki, siqaret kimi zərərli vərdişlərdən uzaq olmalıdırlar.



Aygün Quliyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!