Hamiləlikdən öncə hansı müayinələr olunmalıdır?

Hamiləlikdən öncə hansı müayinələr olunmalıdır?
Hamiləlik
10.09.2017 12
Qadın uşağa hamilə qalmaq arzusu yaranan kimi konsultasiya haqqında fikirləşməlidir. Hamiləliyə hazırlıq, onun planlaşdırması sizi bir çox problemlərdən sığortalaya bilər.



Hamiləliyə hazırlıq vaxtı lazım olan müayinələr bunlardır:

Terapevt və ginekoloq konsultasiyaları ,

kiçik çanağın,

süd vəzlərinin,

uşaqlığın və uşaqlıq boynunun ultrasəs müayinəsi,

kolposkopiya müayinəsi və bir sıra analizlər.



Analizlər:

Zəruri olduqda hormonal fon da yoxlanlır. Qalxanvarı vəzin ultrasəs müayinəsi, göz həkimi, lor və stomatoloq da bu siyahıya aiddir.

Adətən qanın kliniki və biokimyəvi analizləri, həmçinin QİÇS-ə (insan immun çatışmamazlığı virusu), RW (sifilis), B və C hepatitlərinin yoxlanılması üçün analizlər verilir. Qan və rezus faktoru qrupu ( qabaqcadan ananın və uşağın rezus-uyğunsuzluğu riskinin dərəcəsini aydınlaşdırmaq üçün), TORCH-infeksiyası (herpes, sitomeqalovirus, toksoplazmoz, məxmərək) yoxlanılır.



Niyə cinsiyyət yoluyla ötürülən xəstəliklərin müayinəsi mütləqdir?

Cinsiyyət yoluyla ötürülən infeksiyalar hamilə qalmağı əngəlləyə bilər, düşüyə səbəb ola və gələcək uşağın sağlamlığına təsir edə bilər. Çünki bu inkeksiyalar  immuniteti zəiflədir və iltihabi proseslərə təhrik edirlər. Hər iki partnyora qonoreyadan yoxlanmaq lazımdır.



xlamidiya,

mikoplazmoz,

ureaplazmoz,

qonokoklar,

sadə herpes virusu,

insan papillomavirusu,

qardnerella,

sitomeqalovirus.



Cinsiyyət infeksiyaların yoxlanılması qadınlarında uşaqlıq yolundan yaxma götürülərək  müayinə edilir. Bu infeksiyalar ortaya çıxarsa, qadın həkimin ciddi nəzarəti altında müalicə olunmalıdır.



Qanın hormonal analizi nəyə lazımdır?

Müəyyən hormonların azalması və ya artması müxtəlif xəstəliklərin simptomu ola bilər. Hətta bu sonsuzluğun səbəbi ola bilər.



Yumurtalıq borularının yoxlanması da vacibdir. Bu yoxlanma mayalanma baş vermədikdə lazım olur.



Ultrasəs müayinəni etmək lazımdırmı?

Menstruasiya dövrünün 5-7-ci günündə kiçik çanaq orqanlarının ultrasəs müayinəsi həkimə uşaqlıqda, yumurtalıqlarda və uşaqlıq borularında mümkün patologiyaları və ya ittihabi prosesləri aşkar etməyə imkanın verir. Bu follikulun yetişməsinin  dərəcəsini qiymətləndirməyə, endometriyanın qalınlığını və mayalanma üçün əlverişli dövrü müəyyən etməyə kömək edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!