Hamiləlikdən öncə

Hamiləlikdən öncə
Hamiləlik
10.09.2017 36
Körpənin doğumundan əvvəl evdə təmizlənmə aparıldığı kimi orqanizmimizdə də "tam yır-yığış" etməliyik. Çünki bədənimizə kirayəşin təşrif edəcək. Orqanizmi həm "təmizləmək", həm də "zibillələməmək" vacibdir.İlk növbədə atalar siqaretdən, analar isə siqaret tüstüsündən imtina etməlidirlər. Kompüter arxasında iş vaxtını azaldın.

 

Məişətdə işlətdiyiniz kimyəvi maddələri, aerozolları və yuyucu vasitələri, ev həşəratlarına qarşı vasitələri maksimum az istifadə edin.  Bu vasitələrin yerinə içməli sodadan, sirkə, limon istifadə edin. Təmirdə istifadə olunan laklar, boyalar, boya həlledicilərindən uzaq olun.

Dərman qəbulundan imtina edin. Qida əlavələrindən və sintetik vitaminlərdən çəkinin. Çünki sorulması çətindir və allergik reaksiyalar ola bilər. Yüksək dozada A və D vitmanin artıq miqadarda qəbulu fəsadlar törədə bilər. Antibiotikləri istifadə etməyin.

Çəkini normallaşdırın.

Fol turşusu böyüyən orqanizmdə hüceyrə bölgüsündə fəal iştirak edir və bəzi anadangəlmə xəstəliklərin profilaktikasında önəmli rol oynayır. Mayalanmaya qədər 2-3 ay ərzində və hamiləliyin birinci 3 ayında fol turşu zəngin olan məhsullar qəbul edilməlidir. Misal üçün: təzə göyərti (cəfəridən başqa), ispanaq, kələmi, çuğundur, kök, qabıqlı kartof, noxud, paxlalılar, pomidor, günəbaxan tumları və fındıqlar. Yaşıl çay və təbii tərəvəz şirələrini için. Unutmayın ki, alkoqol fol turşusunun sorulmasının qarşısını alır.



Səma Abiyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!