Ürəkbulanma zamanı nə edək?

Ürəkbulanma zamanı nə edək?
Hamiləlik
10.09.2017 19
Səhərlər ürəkbulanma zamanı məsləhət görülür:



- Səs-küy salmayın, təmkinli olun və bu əlamətlərə hər hansı bir xəstəliyin simptomları kimi yanaşmayın. Ürəkbulanma hamiləliyin ilk həftlələri üçün adi bir hadisədir, stressdən uzaq olmağa çalışın.



- heç bir dərman qəbul etməyin



- daha çox istirahət edin və daha çox yatın



- maye qəbulunu məhdudlaşdırın



- yatmamışdan öncə B vitamini qəbul edin.



- səhərlər yerinizdən yavaş-yavaş qalxın, sərt hərəkətlər etməyin (hətta tam oyandıqdan sonra yerinizdə uzanıb gün ərzində edəcəyiniz işlərin siyahısını qurun)



- ayağa qalxmaqdan öncə yerinizdə uzanıb bir parça quru çörək də yeyə bilərsiz.



- mədənizi boş qoymayın, çünki mədəniz turş şirə ifraz edə bilər



- əgər ürəkbulanma keçmirsə, mədənizin üzərinə isti su ilə kompress qoya bilərsiz, kompress araq və ya hər hansı bir yağ ilə olmasın



- fitoterapevtlər ürəkbulanma zamanı zəncəfil çayından bir neçə qurtum almağınızı da məsləhət görür



- qidanı az həcmlə qəbul edin



- ürəkbulanma zamanı məcburi qida qəbul etməyin



- yağlı yeməklərdən imtina edin, zülal və karbohidratlarla bol qidalar qəbul edin, tərəvəz və meyvələri də unutmayn



- tərkibində sink olan qidalar da qəbul edə bilərsiz. Təcrübələr sinkin ürəkbulanmanı aradan qaldırdığını göstərir.



- kəskin qoxulu yeməklərdən imtina edin



- qoxulu kosmetikadan, ətir və spreylərdən istifadə etməyin



- dişlərinizi ətri sizi qıcıqlandırmayan diş məcunu ilə yuyun. Adətən bu nanə ətirli məcunlar olur.



Əgər ürəkbulanma uzun müddət davam edirsə, mütləq şəkildə həkimə müraciət edin. Çünki bu ürəkbulanma və qusma artıq hamiləlik zamanı toksikozun əlamətləri ola bilər. Bu halda  həkim sizin bətninizdəki körpənizə zərər yetirməyəcək  müalicə yaza bilər.



Aynur Hüseynzadəскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!