Hamiləlikdə qəbzlik

Hamiləlikdə qəbzlik
Hamiləlik
10.09.2017 13
Hamilə qadının başlıca  problemlərindən biri də qəbizlikdir.  Bu dövrdə qadınların 1/3 hissəsində qəbizlik qeyd edilir. Bəzən qəbizliyə xüsusi fikir verilməsə də, sonradan o təhlükəyə, başlıca olaraq, ana və uşaq üçün narahatlığa yol açır. Bəs qəbizlik nədən yaranır? Onu necə müalicə etmək lazımdır? Çoxsaylı hamilə oxucumuzun xahişi ilə suallara cavab hazırladıq.



Hamiləlikdə qəbizlik nədən yaranır?

Hamilə qadınlarda digərləri ilə müqayisədə bu problem daha tez yaranır. Təbii ki, bu da orqanizmdə baş verən hormonal dəyişikliklərdən, o cümlədən progesteronun səviyyəsinin artması ilə bağırsaqların peristaltikasının (bağırsaqların yığılması) azalmasından yaranır.  

Bundan başqa ölçüləri böyümüş olan uşaqlıq da bağırsaqlara təzyiq edərək onun normal fəaliyyətinə maneə törədir.



Hamiləlik dövründə qəbizliyin baş verməsinə səbəb olan digər faktorlar:əksər hallarda qadınlarda qeyd edilən anemiyaya görə onlara təyin olunan dəmir preparatları; qeyri-düzgün qidalanma; hamilə qadınların az hərəkətli həyat tərzi.



Qəbizliyin fəsadları nələrdir?

Qəbizlik zamanı qadın gücənməyə məcbur olur ki, bu da uşaqlığın tonusunu artırır. Nəticədə hamiləliyin pozulması kimi təhlükə ortaya çıxa bilər. Bundan başqa hamiləlik dövründə qəbizliyin baş verməsi, qadınlarda babasil və düz bağırsaqda çatların əmələ gəlməsinə də səbəb ola bilər.



Qəbizliyə qalib gəlin!

Hamiləlik zamanı qəbizliyə qalib gəlmək üçün düzgün pəhriz qaydalarına əməl etmək lazımdır.  Əvvəlki yazılarımızda da qeyd etmişdik ki, meyvə-tərəvəz şirələri həzm posesinə yaxşı təsir edir, faydalarından biri də qəbizliyi aradan qaldırmasıdır. Bir sözlə, kök, çuğundur, kələm, qabaq, brokkoli kimi tərəvəzlərdən hazırlanan salat, kompot, təzə çəkilmiş şirələr, problemin azalmasına kömək edə bilər.  Qarabaşaq, çovdar çörəyi, darı və arpa, yulaf, ərik, əncir və gavalı qurusu da bu ərzaqlar sırasındadır. Hamilələr bol-bol bioyoqurt və biokefirlərdən istifadə etməlidirlər. Xüsusilə də səhərlər acqarına içilən kefir müsbət təsir göstərir. Gecələr yatmazdan öncə 1 stəkan ilıq qaynanmış su içmək də qəbizlikdən xilas olmağa kömək edəcək.



Bunlardan istifadə olmaz!

Tünd çay, manna sıyığı, ağ çörək, düyü yeməkləri, heyva, armud, paxla, qarağat, qoz və bərk pendir qəbizlik yaratdığı üçün hamilə qadının onlardan uzaq durması məsləhətdir. Həmçinin hamiləlikdə işlədici dərmanlar məsləhət görülmür. Əsasən həkimlər şam və çaytikanı yağları tövsiyə edirlər.



Babasil daha təhlükəlidir.

Əgər hamiləlik vaxtı babasil düyünləri də sizə əziyyət verirsə, o zaman iş bir qədər də mürəkkəbdir. Babasilin müalicəsinə mümkün qədər tez başlamaq lazımdır. Bu zaman həkim tərəfindən xüsusi pəhriz resepti təyin edilir. Hamiləlikdə babasilin ən sadə müalicəsi çaytikanı yağından hazırlanmış şamlarladır. Bir də ən sadə qayda belədir: az oturub, çox ayaqüstə durmaq və uzanmaq.



Aygün Quliyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!