Hamiləlikdə dəmir çatışmamazlığına diqqət!

Hamiləlikdə dəmir çatışmamazlığına diqqət!
Hamiləlik
10.09.2017 9
Bir çox qadınlar orqanizmlərində zəngin dəmir anbarı olmadan hamilə qalır və 9 ay boyunca da bu maddənin miqdarının artmasına xüsusi fikir vermirlər. Amma halbuki dəmir hamilə və onun bətnindəki körpə üçün olduqca lazımi və zəruridir. Çünki doğuş zamanı qadın təkcə qan deyil, elə bir o qədər də dəmir itirir.



Hamilə nə qədər dəmir qəbul etməli?

Dəmir qanın ən vacib tərkib hissəsindən biridir. Orqanizmdəki çox mühüm prosesi icra edir: hemoqlobin yaradır, qırmızı qan hüceyrələrinə oksigen daşıyır. Həmçinin sağlam yaşam üçün bu maddənin rolu əvəzedilməzdir. Hamiləlik dönəmində isə dəmirin əhəmiyyəti daha da artır. Sağlam qidalanan qadınlarda dəmir çatışmazlığına təsadüf edilməz. Lakin hamiləlikdə dəmirə tələbat artdığından qidalanmaya və müalicəyə xüsusi fikir vermək lazımdır. Elə odur ki, bu dövrdə hamilə qadın çoxlu dəmir qəbul etməlidir. Çünki hamilə qadına tövsiyə edilən gündəlik dəmir ehtiyacı 27 mg.dır. Bu rəqəm hamiləliyin əvvəlində isə 18 mg. qədərdir.



Dəmir qəbulu zamanı süd və süd məhsullarına stop!

Gün ərzində dəmirlə zəngin olan qidalar qəbul edilirsə, o zaman onun tam sovrulması üçün, əhəmiyyətinin azalmaması üçün süd və süd məhsullarının istehlakı dayandırılmalıdır. Belə halda dəmir daha asanlıqla qana sovrula bilər.



Dəmir çatışmazlığının əlamətləri

Əgər saçlarınız tökülürsə, dırnaq qırılması, halsızlıq, iştahsızlıq, baş ağrısı, baş gicəllənməsi, nəfəs darlığı, tez yorulma, əsəbilik kimi hallarla rastlaşırsınızsa, demək, sizdə dəmir çatışmır. O zaman dəmirlə zəngin olan qidalara çox üstünlük vermək lazımdır. Dəmirin hədsiz, aşırı qəbulu isə xərçəng hüceyrələrinin inkişafına təkan verə bilər. Bu baxımdan hamilə daima həkim nəzarətində olmalı, onun göstərişi ilə bu maddəni qəbul etməlidir.



Dəmir mənbəyi olan qidalar

Dəmirin ən yaxşı mənbəyi yumurta, ət və ət məhsulları, balıq, qaraciyər, göyərti, paxlalı bitkilər və s.dir. Həmçinin badam, quru ərik və qara kişmiş də dəmirlə zəngindir.



Odur ki, əziz hamilələr, bu dövrdə sağlam qidalanmaya xüsusi diqqət yetirin...



Aygün Quliyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!