Hamiləlikdə diş müalicəsi

Hamiləlikdə diş müalicəsi
Hamiləlik
10.09.2017 21
Hamiləlik zamanı diş müalicəsi nə qədər vacibdir? Bir çox analar belə düşünürlər ki, hamiləlik zamanı diş müalicəsi nəyinki tövsiyyə olunmur hətta heç bir halda getmək olmaz. Onlar bunun körpələrinə ziyan edəcəyini düşünürlər. Nəticədə nə əldə edirik? Beləliklə cavan analar doğuşdan sonra dişlərinin xarab olduğundan şikayətlənir. Hamiləlik zamanı diş müalicəsi və profilaktikasının vacibliyini müəyyən etməyə çalışaq.



Birinci:

Gələcək ananın dişindəki hər hansı bir çürük, xarab olmuş diş, ağız boşluğundakı  iltihab ilk növbədə xroniki infeksiya mərkəzidir, hansı ki, yemək yedikdə bütün orqanizmə yayıla bilər. Əgər infeksiya diş köklərinin yuxarı hissəsində və ya köklər arasındadırsa, onda o qan vasitəsi ilə asanlıqla yayıla bilər. Belə hallarda orqanizm körpənin inkişafından başqa bədənə düşən infeksiya ilə də mübarizə aparmalıdır. Bunun nəticəsi olaraq doğuş zamanı da ağırlaşamalar da ola bilər.  Bu hamiləlik zamanı diş müalicə üçün birinci leyhinə səbəbdir.



İkinci:

Gələcək körpənin inkişafı üçün ananın dolğun və effektiv qidalanması çox vacibdir. Dişlərin xarab olması zamanı qidanın tam çeynənilməsi olmur və nəticə olaraq əsas qida materialları çatışmamağa başlayır ki, bununla da vitamin, mineral maddələrin səviyyəsi aşağı düşür.  Bu da gələcək ananın sağlamlığına təsir edir ki, bilindiyi kimi hamiləlik zamanı  körpənin sağlamlığı birbaşa ananın qidalanmasından asılıdır.



Bu hamiləlik zamanı diş müalicə və bərpası üçün ikinci leyhinə səbəbdir.



Üçüncü:

Hamiləlik zamanı hormanal vəziyyət və immun sisteminin işi dəyişir və ardınca da sürətlə bəzi ağız boşluğu xəstəlikləri irəliləməyə başlayır (məsələn, ağız boşluğunun selikli qişasının iltihabı - Qinqivit) Ardınca damağın qanaması və ağız qoxusu yarana bilər.  Bundan qorxmaq lazım deyil, ancaq diş həkiminə məsləhət və  ya müalicə üçün müracitə etmək vacibdir. Hamiləlik zamanı ağız boşluğunun gigiyenası ilə müntəzəm olaraq məşğul olmaq lazımdır ki, orqanizmdə yaranan hormanal dəyişikliklər daha da kəskinləşməsin.



Bu hamiləlik zamanı diş həkiminə getmək və dişlərin müalicəsi üçün üçüncü leyhinə səbəbdir.



Dördüncü:

Bəs hamiləlik zamanı anesteziya (ağrıkəsici) etmək olarmı? Olar, hətta lazımdır. Stomotoloji müdaxilələr çox hallarda böyük stressogen amil hesab olunur. Artıq stress isə hamilə xanımlara heç də lazım deyil.  Elə müasir anestetik dermanlar var ki, onlar dölün qoruyucu baryerini keçə bilmir və beləlik də hamiləlik müddətində, doğuşda və dölün inkişafında heç bir dəyişiklik olmur.



Beşinci:

Hamiləlik zamanı təhlükəsiz müxtəlif müdaxilələr. Təhlükəsizlik təxminən 3 bərabər müddətə - 3 üçalığa bölünür. Hamiləliyin erkən mərhələlərində ( birinci üçaylıqda) bütün əsas özül formalaşır və dolayısı ilə hamiləliyin kritik nöqtələri var. Sonrakı mərhələlərdə ( üçüncü üçaylıqda) nə vaxt ki, döl artıq tam formalaşıb,  hamiləlikdə dölün inkişafı, habelə gələcək anaların orqanizmi  ilə bağlı ağırlaşamalar meydana  çixa bilər.   Buna görə ilk üçaylıq və üçüncü üçaylıqda mürəkkəb müdaxilələr və stressverici amillərdən uzaq durulması daha məsləhətlidir. Ikinci üçaylıq diş müalicəsi üçün  ən təhlükəsiz dövr sayılır.  Ancaq yenə də ilk və son üçaylıq dövr də stomotoloji prosedurlar üçün əks göstəriş deyil.



Altıncı:

Kariyes (çürüklər) ancaq mikroorqanizmlər olduqda yaranır. əgər ananın ağız boşluğu sağlamlaşdırılmış deyilsə, müalicə olunmursa onda mikroorqanizmlərin miqdarı dişdə yaranan kariyes (çürümə) prosesini gücləndirir. Doğuşdan sonra qadın mütamadi olaraq körpəylə əlaqədə olur.  Izah etmək lazım deyil ki, mikroblar maneəsiz anadan körpəyə keçir və bu şəkildə də onun sağlamlığına təsir edir.



Yuxarıda saydıqlarımızdan anlaşılır ki,  əgər qadının hamiləlik zamanı hər hansı bir dişlə bağlı problemi varsa, onda onları yalnız aradan qaldırmaq yox hətta zəruridir.



Gələcək analar. Qorxularınızı unudun. əgər siz hər hansı səbəbə görə dişlərinizi hamiləliyə kimi müalicə etdirə bilməmisinizsə, gələcək körpəniz haqqında düşünün.



Yaqut Abiyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!