Hamiləlikdə axıntı

Hamiləlikdə axıntı
Hamiləlik
10.09.2017 102
Əksər hamilələrin qarşılaşdıqları ən böyük rahatsızlıqlardan biri: vaginal axıntı. Onun səbəblərini araşdırmağa çalışan xanımlar həmin ifrazatın bir təhlükə mənbəyi olub-olmamasından narahat olmağa başlayır.



Hamiləlikdə axıntı nədən artır?

Hamiləlik hormonları vaginanın içərisindəki maddələr mübadiləsini pozduğu üçün bu dövrdə adi vaxtla müqayisədə daha çox axıntı olur.



İysiz və ya azacıq qoxusu olan, rəngsiz və ya süd rəngində ola həmin axıntı hamiləlik üçün tamamilə normaldır. Narahatlığa heç bir əsas yoxdur!



Hətta həftələr artıqca onların miqdarı və qoxusu daha da artacaq.



Bu hallarda diqqətli olmaq lazımdır!

Əgər getdikcə vaginal axıntının rəngi daha da tündləşir, qoxusu kəskinləşirsə və ən əsası, sizə qaşınma, yanma verirsə, o zaman diqqətli olmaq, həkimə mütləq bu barədə məlumat vermək lazımdır. Çünki bu əlamətlər infeksiyaların olmasından xəbər verir...



Həmçinin çox vaxt qanlı və ya qəhvə rəngli axıntı ciddi problemin olduğunu bildirir. Belə hallarla da rastlaşan kimi ginekoloqunuza məlumat verin.



Hamiləlik zamanı əgər həyat yoldaşınızda infeksiya aşkar olunubsa, bir müddətlik onunla cinsi əlaqəni dayandırmalı, ya da qoruyucudan istifadə etməlisiniz.



Hamiləlikdə göbələyin zərərləri

Hamiləlikdə qadınları ən çox narahat edən məsələlərdən biri də göbələklərdir. Əgər sizdə qaşınma, həssaslıq, ağ (şora bənzər) axıntı və sidiyə gedərkən yanma hiss varsa, demək göbələyə yoluxmusunuz. Bəs səbəbi nədir soruşursunuzsa, qeyd edək ki, vaginal göbələyi yaradan səbəblər kimyəvi tərkibli məhsullardan istifadə, artıq çəkili olmaq, şəkərli diabet xəstəliyi, uzunmüddətli antibiotik qəbulu və nəm qalmaq kimi hallar daxildir. Odur ki, çiməndən dərhal sonra qurulanmağınız lazımdır. Pambıq parçadan hazırlanmış alt geyimlərə üstünlük verməlisiz və mümkün qədər 2 dəfə dəyişməlisiniz. Həkim məsləhəti ilə xüsusi mazlardan istifadə etməlisiz. Onu da qeyd edək ki, göbələk ən "zəhlətökən”  infeksiyadır, bir dəfə tutuldunuzsa, müalicəsindən az sonra yenidən baş qaldıracaq. Hamilələr göbələyin müalicəsinə xüsusi fikir verməlidirlər ki, normal doğuş zamanı körpə bu infeksiyaya yoluxmasın.



Aygün Quliyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!