Doğuşu necə sürətləndirmək olar?

Doğuşu necə sürətləndirmək olar?
Hamiləlik
10.09.2017 23
Bəzi hamilələlərdə həftələr sürətlə irəliləyir, USM müayinəsi də körpənin və ciftin tam yetişdiyini söyləyir, lakin nədənsə doğuşun əlamətlərindən heç biri baş vermir. Hər gecə yuyunan, çantasını və geymini hazır saxlayan hamilə doğuşdan əsər-əlamətin olmadığını görərək, daha bir günü başa vurub, sabahı gözləyir.



Bu zaman ana namizədlər körpənin çəki alaraq, doğuş zamanı onlara daha çox əziyyət verməsi kimi qorxu ilə yanaşı, niyə onun belə gec doğulmasından narahat olmağa başlayırlar.



Bəs doğuşu sürətləndirmək mümkündürmü? Bu hansı üsullarla edilir?



Cinsi əlaqə. Məsələ ondadır ki, kişilərin toxum mayesi tərkibindəki maddələrə görə uşaqlıq yolunu stimullaşdıraraq, daha da elastiki və yumşaq edir.



Fiziki iş. Ev işləri, lazım gəldikdə döşəmələrin silinməsi, bazarlığa getmək, lakin ağır yük qaldırmamaq şərti ilə, həmçinin çoxlu piyada gəzmək, yüngül gimnastik hərəkətlər (bu haqda əvvəlki yazıların birində məlumat vermişdik) və s.



Masaj. Süd vəzilərinin, əsasən də gilələrin gündəlik masajı doğuşu sürətləndirir. Peşəkarlar bunu masaj zamanı oksitosinin hormonunun ifrazının artması, bu hormonun isə uşaqlıq yolunu stimullaşdırması ilə əlaqələndirirlər.



İmalə. İmalə vasitəsilə bağırsaqların təmizlənməsi də doğuşu yaxınlaşdıran amillərdən ola bilər. Xalq təbabətinə gəlincə isə, çuğundur və cəfəri ilə hazırlanmış yeməklərin qəbulu məsləhət görülür. Aromaterapiya ilə müalicə, məsələn, gənəgərçək yağının kiçik dozalarla qəbulu sizi gecikmiş doğuşdan xilas edə bilər.



Bu bəndlərin tətbiqi doğuşu sürətləndirməyə kömək edən sınanmış üsullardır. Lakin bir məqama da fikir vermək lazımdır ki, nəsilartırma qabiliyyəti fərdidir, orqanizmdən asılıdır, o zaman qadından-qadına fərqin olması çox normaldır. Yəni, bəzi hamilələrin orqanizmi doğuş üçün 36-cı həftədə tam formalaşıb hazır olduğu kimi, bəziləri üçünsə bu proses 40-41-ci həftələrə kimi uzana bilər.



Həmçinin sauna və ya duş qəbulu, əyilib-qalxmalar da doğuşu sürətləndirir, yaxşı olar ki, həkiminizdən bu barədə məsləhətlər alasınız.



Aygün Quliyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!