Hamiləlikdə menustruasiya

Hamiləlikdə menustruasiya
Hamiləlik
10.09.2017 24
Bütün qadınları düşündürən məsələlərdən biri hamiləlik zamanı menustruasiyadır. Bəzi qadınlar hamilə olduqlarını iki-üç ay sonra bilirlər; baxmayaraq ki, bu vaxt ərzində menustral sıkl öz vaxtında baş verir.

Ümumiyyətlə, hamilə olmaqla birinci ayda aybaşının olması normal sayıla bilər. Çünki yumurta hüceyrənin yetişməsi təxminən tsilkin ortasında baş verir və əgər bu zaman mayalanma da baş vermişsə və mayalanmış yumurta hüceyrə lazımi yerinə çatmağa (bu 7-10 gün sərf olunur) imkan tapmayıbsa, orqanizmdə hormonal dəyişiklik gecikir və menustrasiya öz qaydasında davam edir. Növbəti ayda isə artıq belə olmalı deyil.  Lakin bəzən hamiləlikdə ifraz olunan estrogenlər normadan az olur və aybaşı baş verir.

Hamiləlikdə görünən qanlı ifrazatdır yoxsa aybaşı?

İlk növbədə onu deyək ki, hamilə zamanı istənilən qanlı ifrzat normal hesab edilmir. Bu hormonal balansın az və ya çox pozğunluğunun göstəricisidir. Deməli, həkim müdaxiləsinə ehtiyac var. İkincisi, aybaşı görünüşü ilə daha təhlükəli prosesin başlanğıcı- açılışın olmasının göstəricisi ola bilər. Deməli, bütün hallarda həkim nəzarətinə ehtiyac var. Birinci halda aybaşı əlamətləri hamilə əlamətlərindən çox olmur, əsas qadın hərəkət edərkən olur, gecələr kəsilir və heç vaxt ağrı ilə müşayət olunmur. Hətta ən zəif ağrı belə olmamalıdır. Əgər uzunmüddətli, qarnın alt tərəfində ağırlıq və ağrı, qəflətən başlayan qanaxma varsa, təcili xəstəxanaya müraciət etmək lazımdır.

Hamiləlikdə aybaşı döl üçün zərərlidirmi?

Əgər belə problem varsa, mütləq qanda hormonların səviyyəsi müayinə olunmalıdır. Əgər siz aybaşıdan sonra hamilə olduğunuzu öyrənmisinizsə, necə hərəkət edəcəyinizi qərar verin. Əgər bu sizin üçün arzuolunan hamiləlikdirsə, körpənizi dünyaya gətirməkdən qorxmayın. Onun aybaşıya görə zəif, xəstə, qüsurlu doğulacağından qorxmayın. Çünki aybaşı ananın orqanizmindəki hormonların təsiri ilə baş verir və dölün inkişafına heç bir təsiri yoxdur.



Ülviyyə Səidскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!