Hamiləliyin 3-cü həftəsi. İlk əlamətlər

Hamiləliyin 3-cü həftəsi. İlk əlamətlər
Hamiləlik
10.09.2017 46
Hamiləliyin 3-cü həftəsində artıq mayalanma baş verir. Bu həftənin sonuna yaxın "körpə" yalnız hüceyrə yığınından ibarətdir. Embrionun ölçüsü 0,150 mm təşkil edir. Belə kiçik ölçülərə baxmayaraq onun cinsi məlumdur. O, sürətlə uşaqlıq borusu ilə hərəkət edərək uşaqlığa doğru yönəlmişdir. Eyni zamanda bölünür və böyüyür.

Mayalanmış yumurta hüceyrənin uşaqlıq divarına yapışması implantasiya adlanır. İmplantasiya mayalanmadan 6-7 gün sonra baş verir. Bu proses 40-42 saat çəkir. Qovuqcuq uşaqlığın daxilinə kök ataraq daxil olur və burada kiçik qan damarları əmələ gəlir. Hansı ki, bunlar gələcək körpəni qidalandıracaq. İmplantasiyadan sonra embrionun inkişafı xeyli sürətlənir.

Rüşeymxarici hissələr də mayalanmış yumurta hüceyrədən əmələ gəlir və onunla eyni genetik materiala sahib olur. Bu hissələrə dölyanı qovuq- amnion, plasenta və göbək ciyəsi aiddir.

Əksər qadınlar hamiləliyin 3-cü həftəsində hamiləliyindən xəbərsiz olur.

Bu həftədən etibarən qəbul etdiyiniz istənilən dərman körpənin inkişafına təsir edəcəkdir. Ona görə dərman qəbulunu yalnız həkimin nəzarəti ilə etmək olar. Bir çox analar güclü baş ağrısına dözürlər ki, dərman qəbul etməsinlər.

Hamiləliyin ilk əlamətləri

Hər bir qadında hamiləlik əlamətləri fərqlidir. Bəziləri tamamilə heç bir dəyişiklik hiss etmirlər, bəziləri isə mayalanma baş tutduğu andan etibarən toksikozla rastlaşırlar. Bütün hallarda ümumiləşdirmə apararaq aşağıdakı əlamətləri qeyd edə bilərik:

* yüksək həssaslıq və döşlərdə ağrı

* tez yorulma

* tez-tez sidiyə getmə

* iylərə qarşı yüksək həssaslıq

* yemək seçimində dəyişiklik

* iştahanın artması

* bağırsaq pozulması

* ürəkbulanma

* düz bağırsaq temperaturunun yüksəlməsi (37°-dən aşağı enmir)

* az miqdarda qanaxma və ya qəhvəyi axıntı ( yumurtanın implantasiyası nəticəsində yaranır)

3-cü həftədə evdə qoyulan testlərə etibar etmək düzgün deyil. Çünki hələ ki, qana kifayət qədər insanın xorion qonodotropini (İXQ) hormonu ifraz olunmur. Bu hormon aybaşı gecikməsindən sonra artacaqdır.



Ülviyyə Səidскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!