Hamilələr bu meyvənin suyunu içsin 8 faydası

Hamilələr bu meyvənin suyunu içsin 8 faydası
Hamiləlik
10.09.2017 22
Sağlamlığa xeyirli olan hindistan qozunun (kokos) suyu hamilə qadınlar üçün çox faydalıdır. Qadınlar.Biz hindistan qozu suyunun hamilələr üçün 8 faydasını təqdim edir:



1. Böyrəklərin işləməsinə kömək edir. Hindistan qozu suyu hamiləlik zamanı əhəmiyyətli olan maqnezium, kalium kimi mineralların qəbuluna kömək olması baxımından zəngin qidadır. Sidikqovucu olan hindistan qozu suyu sidik yolunun təmizlənməsi, böyrək daşlarına mane olmaq və böyrəklərin işləməsinə kömək edir.



2. Sağlam elektrolitlər tərkiblidir. Adətən hamilə qadınların səhər yuxudan oyanandan sonra qusduqları bədəndəki suyu və elektrolitləri hindistan qozu suyu yenidən bərpa edir. Həm də əzələlərin funksiyalarını dəstəkləyir və bədəni sakit saxlayan kalsium, fosfor və kalium baxımından zəngindir.



3. Yorğunluq, susuzluq, tükənmişliklə mübarizə aparır. Hindistan qozu suyu elektrolit baxımından zəngin, təzələyici və yüngül bir içkidir. Hamiləlik dövründə içilən hindistan qozu suyu bədənin susuz qalması və  səhər qusmalarından sonra susuzluq və tükənmişliyə qarşı ideal içkidir. Bədəndəki suyu qoruyaraq həm də elastiklik qazanmasına kömək olur.



4. Mədə qıcqırması və qəbizliyə yaxşı təsir edir. Hindistan qozu suyu içmək həzmə yaxşı təsir edir və həzm sisteminin güclənməsinə kömək olur. Qəbzliyi aradan qaldırır və Ph səviyyəsini qaydasına salaraq bədənin təmizlənməsinə, metabolizmin inkişaf etdirilməsinə kömək edir



5. İnfeksiyalarla mübarizə aparır. Vitamin, antioksidan və minerallar baxımından zəngin olan hindistan qozu suyu həzm sistemini dəstəkləyir və ana ilə körpəni xəstəliklərdən qoruyur. Hindistan qozu suyunun qrip və ya QİÇS kimi bir çox virusa qarşı qoruyucu təsiri var.



6.Ürəyə xeyirdir. Yüksək təzyiqə qarşı qoruyucu gücü olan potasium və maqnezium tərkibli hindistan qozu suyu təzyiq səviyyəsini də qorumağa kömək edir. Potasium qandakı sodiumu sabit saxlamağa və bədən funksiyalarının nizamlı işləməsinə kömək olur

 

7. Arıqlamağı sürətləndirir. Hindistan qozu suyu sıfır kolorilidir və xolesterolun azalmasını dəstəkləyir. Şirin içkilərlə dəyişdirmək üçün ideal variantdır və ana ilə körpənin sağlam, gümrah olmasına kömək edir.



8. Mineral baxımından zəngindir. Hindistan qozu suyu 4 mineral baxımından zəngindir: potasium, kalsium, fosfor və sodium. Bu əvəzsiz birləşmə hamiləlik dövründə körpəyə zərər vermədən içilə bilər. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!