Partnyor doğuş

Partnyor doğuş
Hamiləlik
10.09.2017 4
1971-ci ildə Londonda keçirilən
Beynəlxalq Psixosomatik Tibb Konqresində Dr. C. Sasmor çıxış edərək, 45
min doğuşun gedişatı üzərində apardığı müşahidələrin nəticələrini
müzakirəyə çıxartmışdir. Məsələ onda idi ki, bu doğuşlarin bir hissəsi
partnyor doğuşu idi. Yəni doğan qadınla birgə doğuşda onun həyat yoldaşı
da iştirak edirdi. 



Bu elmi
araşdırma tamamilə sübut etmişdir ki, doğuş zamanı qadının yanında yaxın
bir insanın olması onu qorxu və tənhalıq hissindən qoruyur, emosional
stresi aradan qaldırır, ailə daxili münasibətləri möhkəmləndirir. Doğuş
zamanı qadının psixoloji komfortu, sözsüz ki, doğuşun uğurla
nəticələnməsində böyük rol oynayır.



Doğuş zamanı partnyor kim ola bilər?

Əksər hallarda bu
missiyanı qadının həyat yoldaşı yerinə yetirir, lakin bu mütləq deyil,
doğuş zamanı qadının partnyoru anası, bacısı, rəfiqəsi və ya başqa bir
yaxın insanı ola bilər.



Partnyor doğuşu üçün mütləq şərtlər :

1. Doğanın istəyi və razılığı

2. Doğuş partnyorunun istəyi və razılığı

3. Doğuşa birgə hazırlıq

4. Doğuşu qəbul edən həkimlərin razılığı

5. Bütün iştirakçıların uzlaşan davranışı



Doğuş zamanı partnyor nə kimi kömək edə bilər?



Doğuşun 3 dövrü var :

1. Sancı dövrü

2. Gücvermə dövrü

3. Uşağın və ciftin doğulması

Birinci dövr
ilk sancılardan, uşaqlıq boynunun tam açılmasına qədər davam edir. Bu
zaman qadının qarnında və büzdümündə ağrılar olur.



Partnyor bu dövrdə nə edə bilər?!

1. Sancıların müddətini və aralarındakı fasiləni ölçüb, bu informasiyanı həkimə çatdırır

2. Doğan qadını sakitləşdirir, dəstəkləyir. Sancı arası dövrlərdə qadının rahatlanmasını təmin edir

3. Sancı zamanı doğanla bərabər düzgün tənəffüs edir

4. Doğanın büzdüm nahiyyəsini massaj edir



Doğuşun ikinci
dövründə sancılar daha güclü, daha uzun və tez-tez olur. İkinci dövr
uşaqlıq boynunun tam açılmasına qədər davam edir. Bu zaman sancılarla
bərabər gücvermələr çoxalır.



Bu dövrdə partnyor nə edə bilər?!

1. Gücvermə zamanı qadına daha rahat vəziyyət almağa kömək edir

2. Əlindən tutur, tərini silir

3. Mamaçanın nəzarəti altında göbək ciyəsini kəsə bilər

Üçüncü dövrdə uşaqlıq yığılır, cift uşaqlığın divarından qopur və bununla da doğuş başa çatır.



Bəs bu dövrdə partnyor nə edə bilər?!

1. Yeni doğulmuşun həyatının ilk anlarını foto və ya videokameraya çəkə bilər

2. Ananı təbrik edib, həkimlərə isə təşəkkür edə bilər.

Artıq
Azərbaycanda bəzi doğum evlərində partnyor doğuşlar həyata keçirilir.
Lakin bunun üçün ən azı 2 ay öncədən həm qadın, həm də partnyor xüsusi
hazırlanmalıdırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!