Suda doğuş

Suda doğuş
Hamiləlik
10.09.2017 15
SUDA DOĞUŞ

Doğuşa yardımın alternativ metodlarından biri də suda doğuşdur. 



Suda doğuş-
doğuş ağrılarını azaltmaq, doğuşu yüngülləşdirmək, doğuş zamanı baş
verən travmaları azaltmaq məqsədilə aparılır. İlk dəfə suda doğuş
1803-cü ildə Fransada, 1805-ci ildə Almaniyada aparılımışdır.



Suda doğuş necə baş verir?

Suda doğuş 2 cür olur.



-Doğan qadın yalnız sancı və tutmalarda suda olur , gücgəlmə zamanı isə sudan çıxır.

-doğan qadın sancı və doğuş zamanı da suda olur.



Hər
iki variant doğuşun yüngül, travmasız keçməsi üçün şərait yaradır. Su
orqanizmin bütün əzələlərini boşaldır, yorğunluğu aradan qaldırır.
Bundan başqa su dəri reseptorlarına müsbət təsir edir, sinir sistemini
sakitləşdirir. İlıq su doğuş yolları toxumalarının elastikliyini
artıraraq doğuş prosesini yüngülləşdirir. 

9
ay ana bətnində suda olan körpə suda doğularkən daha az stress keçirir,
çünki təzyiq, qravitasiya, temperatur, səs və işıq dəyişikliyi o qədər
də kəskin olmur. Yəni, su ana bətni ilə xarici mühit arasında keçid
mühit sayıla bilər.



Suda doğuş zamanı nəyə fikir vermək lazımdır:

-suyun temperaturu 36.5-37.0 dərəcə olmalıdır

-vannanın dərinliyi 60sm-dən, uzunluğu isə 220 sm-dən az olmamalıdır.



Suda doğuşun mənfi təsiri:

-infeksiyalaşma

-emboliya

-dölün tənəffüs yollarının aspirasiya təhlükəsi

-dölə və doğuşa tam nəzarət oluna bilməməsi



Müsbət cəhətlər:

-doğuş ağrılarının intensivliyini azaldır

-güclü sinir gərginliyini aradan qaldırır

-stresi azaldır

-əzələlər boşalmış vəziyyətdə olur

-dölün xarici mühitə adaptasiyası asanlaşır

-döldə beyin travmaları azalır



Əks göstəriş:

-ağırlaşması olan hamilələr (hestoz, dölün hipoksiyası)

-dar çanaq

-iri döl

-çanaq gəlişi

-ürək-damar xəstəliyi və şəkəri olan hamilələr



Beləliklə suda doğuş üçün qadın sağlam, suda doğuşa hazırlanmış olmalı, doğuş aparan personal isə bu işdə təcrübəli olmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!