Hamiləlikdə idmanın 9 faydası

Hamiləlikdə idmanın 9 faydası
Hamiləlik
10.09.2017 43
1. 20-ci həftədən etibarən qarın böyüməyə başlayır və bel nahiyənizdə
ağrılar artır. Bu ağrıların azalmasının qarşısını almaq üçün davamlı
olaraq idman etmək və normal qidalanmaq lazımdır.

2. Aparılan axtarışların nəticəsinə görə idman etməyən hamilə qadınlar idman hərəkətləri edən hamilələrə nisbətən 7 kilo daha çox kökəlirlər.



3. İdman nəticəsində qarın nahiyəsində olan əzələlər güclənir və doğum anında anaların rahat doğum etmələrinə səbəb olur.



4.
Hamiləliyin 28-40-cı həftələrində çox vaxt körpənin ölüm riski olur və
buna səbəb hamiləlikdə şəkər riskidir. Ancaq idman edən anaların 27%-i
bu riskdən uzaq durur.



5. Hamiləlik
müddəti ərzində estrogen hormonunun artması səbəbi ilə qəbizlik və
bununla əlaqəli olaraq inkişaf edən hemoroid yaranır. Davamlı olaraq
edilən idman hərəkətləri və maye qəbulu bu şikayətlərin böyük bir
qismini aradan qaldırır.



6.
Hamilə vaxtı qadınların əksər hissəsi kövrəkləşir və adi bir hadisə
nəticəsində ağlayırlar. İdman hamilə qadınların pisixologiyalarına yaxşı
təsir edir. Gün ərzində özlərini gümrah hiss edirlər.



7.
Hamiləliyin son aylarında qadınların ayaq və əllərində şişkinliklər
yaranır. Bu şişkinliklərin qarşısını davamlı idman hərəkətləri alacaq.



8.
Hamiləliyin son aylarında şişkinliklərlə bərabər yuxusuzuluqlar da
başlayır və davamlı olaraq edilən idman hərəkətləri ilə yuxusuzluğa son
qoya bilərsiniz.



9.
Hamiləlik müddətində qadınlar özlərindən asılı olmayaraq kökəlirlər və
bu aldıqları çəki onları bədbin hiss etdirir. İdman hərəkətləri ilə
həddən artıq kökəlməyin qarşısını ala bilərsiniz.



Hansı Növ Hərəkətlər?

İlk
növbədə hamiləlikdən əvvəl idman edən xanımları və etməyən xanımları
iki qrupa bölək. Hamiləlikdən əvvəl idman edən xanımlar hamiləlikdə risk
olmadığı təqdirdə əvvəlki kimi idmana davam edə bilərlər.



Ancaq hamiləlikdən əvvəl idmanla məşğul olmayan, amma hamiləlik müddətində idman etmək istəyən xanımlar isə gəzinti, üzmək, hamiləlik pilatesi və yoga ilə məşğul ola bilərlər. Bu saydıqlarımız mütləq mütəxəssis nəzarətində edilməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!