Hamiləlik dövrü - 1. Həftə

Hamiləlik dövrü - 1. Həftə
Hamiləlik
10.09.2017 15
Təxminən 7-ci gün

Adətən hamiləliyin başlanğıcı olaraq, hamilə qalınan gün kimi cinsi əlaqənin olduğu gün deyil, bundan təxminən 14 gün əvvəli yəni son aybaşının ilk günü qəbul edilir. Bu vəziyyətdə aybaşınızın başladığı gün statistik mənada hamiləliyiniz başlandığı gün hesab olunur. Bu şəkildə hesablandığında insanlarda hamiləlik 280 gün yəni 40 həftə davam edir. Ay hesabı etmək qarışıqlığa səbəb ola biləcəyindən siz də hamiləliyinizi izləyərkən həftə olaraq ifadə etməyi öyrənməli və ay hesabını buraxmalısınız. 

28 gündə bir aybaşı olan qadın üçün mayalanma zamanı aybaşının başlanğıcından etibarən 14 gün ətrafındadır. Bu günlər zərərli vərdişlərdən imtina etmək üçün ən uyğun dövrdür. Məsələn, siqaret çəkməyə son qoyulmalı, spirt və dərman qəbulu məhdudlaşdırılmalıdır. Uyğun və sağlam qidalanma vərdişi əldə edilməyə çalışılmalıdır. Bu vərdişlər rahat bir hamiləlik müddəti üçün də əhəmiyyətlidir. Bol miqdarda təzə meyvə və tərəvəz qəbul etmək, süni maddələr təşkil edən qidalardan uzaq dayanmaq və ola bildiyincə çox su içmək faydalıdır. Hamiləlik əvvəli dövrdə müsbət düşünmək və mümkün olduqca istirahət edərək stressdən uzaq dayanmaq dünyaya gətirməyə çalışdığınız körpəniz üçün olduqca yaxşı bir başlanğıc olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!