Hamiləlik dövrü - 3. Həftə

Hamiləlik dövrü - 3. Həftə
Hamiləlik
10.09.2017 19
Təxminən 21-ci gün (Əgər sperma daxil olubsa artıq döllənmə baş tutmuşdur)

Yumurtalıqlardan
atılan yumurta hüceyrəsi ilə kişidən gələn sperma uşaqlıq borularında
qarşılaşır. Xeyli sayda spermanın yumurta ətrafında toplanmasına
baxmayaraq bunlardan yalnız 1 dənəsi yumurtanın pərdəsini keçərək içinə
girir və öz genetik materialı ilə yumurtanın genetik materialı birləşir.
Bu döllənmə, mayalanma adlanır. Döllənmə ilə birlikdə adına həyat
deyilən möcüzə başlayır. Döllənmə tək bir spermanın yumurta hüceyrəsinin
içinə girməsi ilə başlayır və zigot adı verilən varlığın meydana
gəlməsinin ortaya çıxması ilə sona yetir. Mayalanma (döllənmə) müddəti
təxminən 24 saata qədərdir. Bir sperma təxminən 48 saat canlı qala
bilər. Cinsi əlaqə zamanı uşaqlıq yoluna (qadınların daxilinə)  təxminən
300 milyon sperma buraxılır. Spermaların yalnız 1% i yəni 3 milyona
qədəri uşaqliğa daxil ola bilər. Uşaqlığa daxil olan spermalar qadının
uşaqlıq boruları ilə irəliləyərək son ünvana çatırlar. 10 saat davam
edən bu səyahət sonunda yumurta hüceyrəsinə qədər gələn spermaları başqa
bir vəzifə gözləməkdədir. Yumurta hüceyrəsinin qabığını qıraraq içinə
girmək. Yumurta hüceyrəsi pərdə ilə örtülü olur. Spermalardan yalnız 1
dənəsi bu pərdəni deşərək yumurtanın içinə girə bilər. Bu əməliyyat 20
dəqiqəyə qədər çəkir və bir sperma daxil olduqdan sonra pərdə tamamilə
bağlanaraq başqa bir spermanın girişinə icazə vermir. Sperma və yumurta
hüceyrələrinin nüvələrinin birləşməsi ilə zigot ortaya çıxır və döllənmə
(mayalanma) sona çatır. 

Pərdə
ilə örtülü ziqot döllənmədən 1.5-3 gün sonra bölünməyə başlayır.
Sürətli bir bölünmə müddəti başlayır. Bütün bu hadisələr reallaşarkən
zigot pərdə içində uşaqlığa doğru olan səyahətini davam etdirməkdədir. 4
gündən sonra zigot uşaqlığın içinə çatmış olur. Bu mərhələdə hüceyrə
bölünməsi sürətlə davam etməkdədir. Döllənmə anında körpənin cinsiyyəti
müəyyəndir. Yumurta hüceyrə həmişə X xromosomu daşıyır. Əgər daxil olan
sperma X xromosomu (qızlara aid xromosom) daşıyırsa körpə qız, Y
xromosomu daşıyırsa kişi (kişilər XY xromosomuna malikdir) olacaq. Başqa
sözlə körpənin cinsiyyətini təyin edən kişi, yəni atasıdır. Qadının
körpə cinsiyyətində  bir rolu yoxdur. Bu dövrədə cinsiyyəti təyin etmək
ancaq genetik araşdırma ilə mümkündür. Bu mərhələdə müəyyən olan yalnız
cinsiyyət deyil. 38 həftə sonra dünyaya salam deyəcək olan fərdin göz
rəngindən qan qrupuna qədər bütün genetik quruluşu müəyyəndir və
dəyişdirilə bilməz. 

Anadakı dəyişikliklər 

Bu mərhələdə gələcək anada hər hansı bir fiziki ya da ruhi dəyişiklik yoxdur. Yalnız  yüngül bir ləkə şəklində qanama ola bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!