Hamiləlik dövrü - 7. Həftə

Hamiləlik dövrü - 7. Həftə
Hamiləlik
10.09.2017 19
Təxminən 49-cu gün ( döllənmədən sonra 28ci gün)

Siz hələ çöldən bir şey fərq etməsəniz də embrionunuzda fəaliyyət davam etməkdədir. Bu həftənin sonunda körpənizin boyu bir noxud dənəsi qədər olacaq. Əgər bir kamera ilə baxa bilmək mümkün olsaydı bu "noxudun” təpə qisminə diqqət yetirdiyinizdə iki kiçik qara nöqtəciyi fərq edə biləcəkdiniz.  Primitiv bir ağız və dil də hiss edilə bilər. Bu həftədə qol və qıç tumurcuqları meydana gəlməyə başlayır. İncə bir təbəqə halında dəri meydana çıxır. Limfatik sistem ilk dəfə meydana gəlməyə başlar. Artıq qan dövranı başlamışdır. Hələlik iki hissədən ibarət olan ürək dəqiqədə 150 dəfə vurmaqdadır. Doppler ultrasion ilə körpənizin ürək atımını həkiminiz sizə dinlədə bilər. Ağciyər inkişafı davam etməkdədir. Öd kisəsi, mədə, bağırsaqlar və mədəaltı vəzi inkişafını davam etdirir. 

Çöldən hamilə olduğunuzu fərq etdirəcək heç bir dəyişmə yoxdur. Bu dövrdə çəkinizdə 1-2 kilo alına bilər ya da verilə bilər. Hər iki vəziyyət də normaldır. Hamiləliyin erkən əlamətləri yavaş yavaş azalmağa başlayır, buna qarşı bulantı və qusmalar arta bilər. Bu şikayətlər xüsusilə səhər erkən saatlarında daha çox olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!