Hamiləlik dövrü - 8. Həftə

Hamiləlik dövrü - 8. Həftə
Hamiləlik
10.09.2017 16
Təxminən 56-cı gün (döllənmədən sonra 35-ci gün)

Terminoloji baxımdan körpəniz hələ daha embrion olaraq adlandırılmaqdadır. Bunun səbəbi alt qismində quyruğa bənzər bir çıxıntının olmasıdır. İnkişaf etməkdə olan körpənizdə kiçilən tək hissə bu çıxıntıdır. Digər hissələr isə sürətlə böyüməyə davam etməkdədir. Xüsusilə beyin və baş sürətlə böyüməyə davam edir. Göz qapaqları qıvrım şəklində ayırd edilə bilər. Alt çənə nəzərə çarpmağa başlayır. Onurğa iliyi inkişafını davam etdirir.  Diş ətlərinin altında dişlər inkişafını başlayır. Yemək borusu nəfəs borusundan ayrılır. Ürək içində qapaqcıqlar seçilməyə başlayır. Ürəyin 4 kamerası ayırd edile bilir. Ağciyərlər yemək borusunun iki yanında iştirak edirlər. Böyrək meydana gəlməyə başlayır. Qollar silindirik şəkildə uzanmağa başlarkən uclarında əl barmaqları meydana çıxmağa başlar.  Yenə qollar qıvrımlanar. Bu qıvrım gələcəkdəki dirsəkdir. 

Hələ də özünüzü hamilə kimi hiss etmirsinizmi? Əhəmiyyətli deyil. Önünüzdə daha çox zaman və yaşanacaq şey var. Məsələn, hamiləlik əvvəlində bağlı bir yumruq qədər olan uşaqlığınız artıq hardasa portağal qədər oldu belə. Uşaqliqdakı bu böyümələr sizdə zaman zaman hiss edəcəyiniz hala gələcək.  Bu vaxt özünüzü yetkinlik dövründəki kimi hiss edə bilərsiniz. Çünki hormonal dəyişmələrə bağlı olaraq dəri dəyişiklikləri baş verməyə başlayacaq. Yağlı dəri və sızanaqlanma bunun ən tipik göstəriciləridir. Psixoloji vəziyyətiniz yavaş yavaş düzəlməyə başlayır və hamiləlik qəbul edilir. Artıq hamiləliyə alışmağa başlayırsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!