Hamiləlik dövrü - 9. Həftə

Hamiləlik dövrü - 9. Həftə
Hamiləlik
10.09.2017 13
Təxminən 63-cü gün (döllənmədən sonra 42-ci gün)

Embrionun quyruğu itmişdir. Qığırdaq və sümük toxumaları meydana gəlməyə başlamışdır.  Ağız boşluğu meydana gəlməsi görülə bilər. Qulaq seyvanı seçilir. Göz qapaqları seçilə bilər. Burun dəlikləri meydana çıxır. Qoxu hissini yaradan sinir meydana gəlir. Yemək borusu uzanır və ürəkdən çıxan qan iki ayrı istiqamətdə nasosla vurulmağa başlayır. Məmə ucları diqqətə çarpandır. Nazik bağırsaqlar uzanır, böyrək meydana gəlməsi tamamlanır və ilk dəfə sidik çıxmağa başlayır. Primitiv cinsiyyət hüceyrələri meydana gəlməyə başlayır. Xarici cinsiyyət orqanlarının seçilməsi başlamışdır. Ancaq hələ daha qız ya da kişi olduğu bəlli deyil. Əl və dirsək diqqətə çarpır.  Körpə içində üzdüyü suyun içində yüngül yüngül hərəkət etməyə başlayır. 

Sizdə isə artıq ikinci aybaşı da gecikmişdir. Diqqətə çarpan bir çəki artımı olmasa da məmələr böyüyür və dolğun və həssas olurlar. Bu dövrdə gündəlik kalori ehtiyacınız təxminən 300 kalori artmışdır. Kafi kalsium ala bilmək üçün bol bol süd içməlisiniz. Əgər süd içməyi sevmirsizsə xüsusi dərmanlar ya da daha yaxşısı yağsız pendir kimi süd məhsulları qəbul edə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!