Hamiləlik dövrü - 10. Həftə

Hamiləlik dövrü - 10. Həftə
Hamiləlik
10.09.2017 12
Təxminən 70-ci gün (döllənmədən 49-cu gün)

Döllənmədən 47-48 gün sonra ilk dəfə beyin dalğaları çıxarılmağa başlayır. Baş dik vəziyyətdədir və iç qulaqda tarazlığı təmin edən qismlər inkişaf edir. Dodaqların inkişafı tamamlanır. Gözlər bağlıdır. Ürək inkişafını böyük ölçüdə tamamlayır. Ayaq diqqətə çarpır. Ayaq barmaqları və dırnaqları müəyyən olur. Əzələlər güc qazanmağa başlayır. Qız körpələrdə klitor kişi körpələrdə isə penis inkişaf edir. Bütün oynaqlar və əzələlərin meydana gəlməsi tamamlandığı üçün körpə artıq su kisəsi içində hərəkət etməyə başlayır, ancaq bu hərəkətlər sizin hiss etməniz üçün kifayət deyildir. Bu həftənin sonunda körpənizin orqan inkişafı dövrü tamamlanmışdır. Hamiləliyin geri qalan qisimində bu orqanların yetişkinləşməsi olacaq. 

Bu dövrlərdə analığa namizədlərdə bir sıra əhval dəyişikləri meydana çıxır. Bəzən özünüzü çox xoşbəxt hiss edir, bəzən isə kövrək olursunuz. Bu çox normal bir vəziyyətdir. Həm inkişaf edən körpənizin dişləri həm də öz diş ətlərinizin sağlamlığı üçün kifayət qədər flüor qəbul etdiyinizdən əmin olmalısınız. Qan həcminiz artdığı üçün dərinizə yaxın damarlarda tündləşmələr fərq edə bilərsiniz. Bu vəziyyət xüsusilə qıçlar və məmələrdə diqqətə çarpandır. Kilonuz da artıq artmağa başladı. Bulantı və qusmalarınızın azalmağa başlaması bu dövrlərdə gözlənilə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!