Hamiləlik dövrü - 13. Həftə

Hamiləlik dövrü - 13. Həftə
Hamiləlik
10.09.2017 8
Döl artıq getdikcə daha çox insana bənzəməkdədir. Gözlər başın yan tərəflərindən ortaya doğru sürüşməyə başlayır. Qulaqlar normal mövqesinə doğru hərəkətlənir. Çöldən baxıldığında körpənin cinsiyyəti asanlıqla müəyyən oluna bilər. Ancaq USM cinsiyyət ayırdı üçün hələ erkəndir. Çox nadir olaraq və keyfiyyətli cihazlarla bu həftədə də cinsiyyət təyin etmək mümkün olmaqdadır. Körpənin boyu bir az daha uzanır. Bu həftə ilk trimestrin son həftəsidir. Hamiləliyin yaratdığı şikayətlər heç qalmamışdır. Bu dövrdə çox yorulmamaq və mümkün olduğunca istirahət etmək lazımdır. Uşaqlıq böyüdükcə gərilir və ətrafını örtən və onu yerində tutan pərdələri də gərir. Bu yüngül bir qasıq ağrısı şəklində qəbul edilə bilər. Bu vəziyyət keçicidir və əhəmiyyətli deyil. Hər şeyə təsir edən hormonlar dəridə də dəyişikliklərə səbəb olurlar. Xüsusilə üz və boyunda ləkələnmələr ola bilər. Buna hamiləlik maskası adı verirlər. Keçici bir vəziyyətdir və doğumdan sonra düzəlir. Artıq qarnınız böyüməyə başlamışdır. Köhnədən olan paltarlar dar gəlməyə başlaya bilir. Hamilə paltarları almağın vaxtı gəlmişdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!