Hamiləlik dövrü - 14. Həftə

Hamiləlik dövrü - 14. Həftə
Hamiləlik
10.09.2017 39
Hamiləliyin ən rahat dövrü olan ikinci terimestrə başlanılır. Artıq körpəniz tamamilə bir insan görünüşündə. Əzələlərdəki güc inkişafına bağlı olaraq başı önə əyik deyil. Zaman zaman başını dik tuta bilir. Həkiminiz USM ilə araşdırarkən sizə körpənizin əl yellədiyini göstərəcək. Bəli körpəniz artıq əllərini istifadə edə bilir. Hərçənd bu tamamilə refleks bir hərəkətdir, amma olsun. Sizə ilk dəfə salam deməsi xoş bir duyğu deyilmi? Bu vaxt körpəniz artıq digərlərindən tamamilə fərqli. Çünki artıq ona heç dəyişmədən ömürünün sonuna qədər yoldaşlıq edəcək olan barmaq izi var! . ..Bu anda təxminən 25 qram ağırlığında və 10 santimetr boyunda. Artıq bütün qida və oksigenini plasentası köməyilə sizdən götürür. Plasentasiyanın tamamlanması ilə sizdəki yuxu və yorğunluq halı da ortadan qalxacaq. Çöldən insanlar əgər kifayət qədər diqqət yetirsələr hamilə olduğunuzu anlaya bilərlər. Progesteron hormonunun təsiri ilə bütün düz əzələlərinizdə boşalma meydana gəlmişdir. Bu bel ağrıları, qəbizlik və arterial təzyiqdə yüngül düşmə olaraq sizə əks oluna bilar. Bulantılar keçmişdir, amma yenə progesteronun boşaldıcı təsiri ilə qıcqırma hissi ola bilər. Bulantılar keçdiyi üçün qidalanmanız düzəlir, enerjiniz artır. Bir çox qadınlar hamiləliyin bu dövründə itirdiyi cinsi hisslərinə yenidən qovuşar. Bu xoş bir vəziyyətdir. Unutmayın, hər hansı bir kompleks yoxsa  hamiləlikdə cinsi əlaqə qadağan deyil.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!