Hamiləlik dövrü - 15. Həftə

Hamiləlik dövrü - 15. Həftə
Hamiləlik
10.09.2017 13
Bu həftənin sürpriz xəbəri: Körpənizin saçı çıxır. İnkişaf etməkdə olan körpənin başı üzərində incə və ipək tüklər meydana çıxmağa başlayır. Bu primitiv saçlar doğumda itirlər. İkinci əhəmiyyətli xəbər isə körpənizin barmağını əmməyə başlamasıdır. USM altında körpənin barmağını ağızına götürüb əmdiyini həkiminiz sizə göstərəcək. Qorxmayın, bu doğumdan sonra körpənin barmaq əmmə vərdişi olacağını göstərməz. Yalnız ana qarınındakı bir refleksdir. Hər körpə ana qarnında barmaq əmər deyə bir qayda da yoxdur, amma USM araşdırmaları əsnasında tez-tez rast gəldiyimiz bir vəziyyətdir. Bu dövrdə körpənin dərisi olduqca incədir və dəri altında damarlar görülə bilər. Bu dövrə çatıldığında qarnınız olduqca böyümüşdür. Əlinizi qarınınıza apardığınızda uşaqlığınızı top kimi hiss edə bilərsiniz. Məmələrdən xalq arasında "ağız" deyilən maye gələ bilər. Bu normal bir vəziyyətdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!