Hamiləlik dövrü - 16. Həftə

Hamiləlik dövrü - 16. Həftə
Hamiləlik
10.09.2017 14
Bu həftədə gözlər və qulaqlar körpə doğulduğunda tapılacaqları son mövqelərinə gəlirlər. Göz qırpma kimi sadə reflekslər inkişafa başlayır. Bənzər şəkildə qulaqlar da son mövqelərini götürürlər. Bağırsaqlarda mekonyum adı verilən nəcis yığılmağa başlamışdır. Bu nəcis dölün udduğu dölyanı mayedən, tökülən hüceyrələr və həzm sistemi sekresiyalarından meydana gəlir. Diş pastası kimi həlməşik, tünd rəngli bir quruluşdur. Qan dövranı sistemi tam mənası ilə fonkisional olmuşdur. 120 qram olan körpə ovucunuza sığacaq qədər böyümüşdür. USM altında körpənin hıçqırdığı müəyyən oluna bilər. Bu tənəffüsün başlama işarələrindən biridir. Bu həftənin digər bir xəbəri də körpədəki işıq refleksinin ortaya çıxışıdır. Artıq bəbəyiniz nəzəri olaraq işığa reaksiya verə bilər. Bu həftə hər baxımdan olduqca əhəmiyyətlidir. Bir dəfə ana və ata olmağa namizədlərin ən çox maraqlandıqları mövzuların başında bəlkə də ilk sırada gələn körpənin cinsiyyəti bu həftədə açıqlığa qovuşur. Yaxşı bir USM cihazı və təcrübəli bir göz 16cı həftədə körpənin cinsiyyətini çox böyük bir ehtimalla təyin edər. Bəzi vəziyyətlərdə 12-14cü həftələrdə də cinsiyyət görülə bilər, ya da hamiləliyin son dövrlərinə qədər heç görülməyə bilər, lakin bu çox nadir bir vəziyyətdir. Bu həftələrdə körpənin cinsiyyətinin müəyyən olunması həkimin təcrübəsinə bağlıdır. Bu həftədə Daun sindromu baxımından son dərəcə əhəmiyyətli olan test edilə bilər. Bu test üçün ideal zaman aralığı 16-20ci həftələrdir. Təcrübəli ana olmağa namizədlər körpənin ilk hərəkətini bu həftədə hiss edə bilərlər. Ancaq hərəkətin hiss edilməməsi anormal bir vəziyyət olduğu mənasını verməz. İlk hamiləliyini yaşayanlarda bu 20 həftə ətrafında reallaşır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!