Hamiləlik dövrü - 17. Həftə

Hamiləlik dövrü - 17. Həftə
Hamiləlik
10.09.2017 28
On yeddinci həftə çatdığında körpənin dəri altındakı piy anbarları yavaş yavaş dolmağa başlayır. Bu körpənizin sürətli böyümə mərhələsinə girdiyinin əlamətidir. Böyüməyə bağlı olaraq sizin də kilo artımınız bir qədər sürətlənəcək. Bu gələn həftəyə qədər 2-4 kilo arasında artırmanız normaldır. Körpənin bütün orqan sistemləri funksionaldır. Ayrıca içində üzdüyü mayesini ağciyərlərinə çəkməkdə və geri verməkdədir. Bu primitiv tənəffüs sayıla bilər. Körpənin doğum sonrası normal nəfəs alıb verməsini təmin edəcək sistemlərin yetişkinləşməsi üçün lazımlıdır. Ürəyi isə davamlı olaraq qanı nasosla vurmaqdadır. İnanması çətin ola bilər amma körpənizin ürəyi onun bədəninə gündə təxminən 25-30 litr qan vurur. Siz də qarnınızı əlləyərək uşaqlığınızın çatdığı ölçünü hiss edə bilərsiniz. Bu həftədə uşaqlığın təpə nöqtəsi göbək dəliyindən 3-4 barmaq aşağıda olur. Bir çox ana olmağa namizədlər bu həftələrdə körpələri üçün narahatlıq duymağa başlayırlar. Doğumun necə olacağı, körpənin sağlam olub olmayacağı narahatlıqları bu həftələrdə geniş yayılır. Ediləcək olan Daun testi bu narahatlıqları bir az azalda bilər. Hələ daha harada doğum edəcəyiniz və doğumu qəbul edəcək həkim haqqında qərar verə bilmədinizsə bu həftə bunun üçün yaxşı bir dövrdür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!