Hamiləlik dövrü - 18. Həftə

Hamiləlik dövrü - 18. Həftə
Hamiləlik
10.09.2017 20
Bu ana qədər hər şey yolunda gedir. Kiçik körpənizin sümüklərinin böyük bir qismi hələ daha rezin sərtliyində ancaq getdikcə sərtləşir və doğumdakı halını alır. Kafi kalsium qəbuluna laqeyd yanaşmamanız sümük yetişkinləşməsi üçün çox əhəmiyyətlidir. Ana qarnındakı körpənin oyanıq olma və uyğunlaşma periodları vardır. Körpə özünə uyğun və sevdiyi bir yuxu mövqesi seçə bilər və yuxu dövründə bu mövqeni ala bilər. Gözlərin üzərində qaşlar ortaya çıxmağa başlayır. Qız körpələrdə inkişaf edən yumurtalıqlarda primitiv yumurta hüceyrələri meydana çıxır. Bunlar daha sonra həyatı boyunca sahib olacağı və menopauzaya (Fizioloji olaraq aybaşının qadının yaşlanması ilə əlaqədar kəsilməsi) qədər hər aybaşı dövründə iştirak edəcəkləri yumurta hüceyrələrinə çevriləcəklər. Qız körpələrdə uşaqlıq tam meydana gəlmişdir. Kişi körpələrdə isə prostat vəzi inkişafını tamamlayır. Dəri altında qəhvəyi rengdə piy istehsal edən toxuma meydana gəlir. Dərini örtən krem şəklindəki maddə izlənilə bilər. Plasenta inkişafını tamamlamışdır və bu həftədən sonra qalınlığı artmır, yalnız diametri böyüyür. Çöldən baxıldığında qadının hamilə olduğu artıq çox rahat aydın ola bilər. Körpə hərəkətlərinin çoxu ana  tərəfindən hiss edilə bilər. Əgər hələ daha hiss etmədinizsə narahatlanmayın, 1-2 həftə daha çəkə  bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!