Hamiləlik dövrü - 20. Həftə

Hamiləlik dövrü - 20. Həftə
Hamiləlik
10.09.2017 18
Təbriklər. Hamiləlik macəranızın tam ortasındasınız. Körpə ana qarınındakı həyatının yarısını tamamladı. Bu həftədə doğumdan sonra 5 yaşına qədər davam edəcək olan sürətli beyin yetişkinləşməsi başlayır. Körpənin qoxu, dad, eşitmə, görmə və toxunma duyğuları aktiv olmağa başlayır. Qaşlar və saçlar yaxşı nəzərə çarpırlar. Döl tez-tez gözünü qırpır. Tüklər bütün bədənini örtür, lakin sıx olaraq üz və boyun ətrafında toplanır. Ürək atmaları sürətlənir. Kişi körpədəki xayalar qarın boşluğundan torbalara doğru enməyə başlayır. Əgər körpəniz bir qız isə yumurtalıqlarında tam 6 milyon yumurta hüceyrəsi vardır. Bundan sonra yeni yumurta hüceyrəsi inkişaf etmir. Mövcud olanların isə sayı gedərək azalır və doğumda təxminən 1 milyona enir. Körpənin hərəkətləri də sürətlənir və qüvvətlənir. Körpənin ağırlığı təxminən 250-450 qram arasındadır. Bu həftədən sonra hamiləliyin sona çatmasını düşük olaraq deyil erkən doğum olaraq adlandırılar. Körpənin bütün orqanlarının və ürəyinin qiymətləndirildiyi  ikinci səviyyə USM üçün ideal zaman 20ci həftədir. Bu həftədə uşaqlığın təpə nöqtəsi göbək dəliyi xəttinə qədər böyümüşdür. Bu dövrdən sonra 38ci həftəyə qədər hər həftə təxminən 1 santimetr yüksəlir. 38ci həftədən sonra isə körpənin doğum kanalına doğru enməsi səbəbi ilə uşaqlığın təpə nöqtəsi də aşağıya enməyə başlayır. Orta hətta göbək dəliyi ilə qasıq arasında tünd ləkə meydana çıxmağa başlayır. Buna linea nigra adı verilər və doğumdan sonra itir. Bu həftədən sonra hamiləlik „çatları" (göbək ətrafında ləkələr) görülə bilir. Körpənin hərəkətləri rahatca hiss edilə bilər. Normalda bir körpə saatda ən azı 2 dəfə hərəkət etməlidir. Ancaq bu ədəd gerçəkdə çox daha çox olmasına baxmayaraq yalnız kifayət qədər güclü olan hərəkətlər ana olmağa namizəd tərəfindən hiss edilə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!