Hamiləlik dövrü - 25. Həftə

Hamiləlik dövrü - 25. Həftə
Hamiləlik
10.09.2017 43
Bu həftənin ən əhəmiyyətli hadisəsi körpənizin dad duyğusunun böyük ölçüdə inkişaf etmiş olmasıdır. Dad duyğusu ilə birlikdə istər inanın istər inanmayın körpənizin süd dişləri də inkişaf edir. Körpənin dərisi hələ daha incə və kövrəkdir. Ancaq bədəni mütənasib bir şəkildə dolur, dəri altı piy toxumaları yetişkinləşir. Artıq uşaqlığınız daxilində nisbi olaraq boş sahə azalmağa başladı. Bu da hərəkət üçün özünə qalan boş sahənin gedərək azalacağı mənasını verir. Nəticə isə hərəkətlərin daha sərt hiss edilməsi olacaq. Bu həftələrdə yorğunluq hiss edə bilərsiniz. Bu hamiləliyin normal şikayətlənmələrindən biridir. Eyni zamanda gözlərinizin işığa qarşı olduqca həssas olduğunu hiss edə bilərsiniz. Hamiləliyə bağlı göz quruluğu bir çox gələcək anaların ortaq şikayətlənməsidir. Problemin öhdəsindən gələ bilmək üçün süni gözyaşı preparatları istifadə edə bilərsiniz. Böyüyən uşaqlığın təzyiq etməsi və qan dövranının pozulması səbəbi ilə qıçlarda və digər nahiyyələrdə ağrılar ola bilər. Bəzi hamilələrdə isə əl barmaqlarında belə ağrılar ola bilir.

Bu kimi vəziyyətlərdə soyuq tətbiqi olduqca faydalı olmaqdadır. Hələ daha körpənizin adına qərar vermədinizsə bu həftələrdə artıq ad axtarışına başlaya bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!