Hamiləlik dövrü - 27. Həftə

Hamiləlik dövrü - 27. Həftə
Hamiləlik
10.09.2017 14
Əgər uşaqlıq içərisinə bir kamera yerləşdirmək mümkün ola bilsəydi, körpənizin gözlərini görə bilərdiniz. Çünki onun göz rəngi artıq müəyyəndir: sizə göz qırpa bilər. Bu həftə gəldiyində körpəniz gözünü açıb bağlamağa başlayır. Beyin yetkinləşməsi sürətlə davam edir və səsə verdiyi reaksiyalar yaxşıca artır. Boyu 25 santimetrə yaxınlaşdı və kilosu 1000 kiloqram ətrafında. İkinci trimestrin sonu olan 27ci həftədə tənəffüs və yuxu problemləri yaşaya bilərsiniz. Xüsusilə yatdığınız zamanlarda nəfəs darlığı ortaya çıxa bilər. Bu vəziyyət körpənizə hər hansı bir zərər verməz, ancaq siz daha rahat ola bilmək üçün, gecələri yatarkən istifadə etdiyiniz yastıq sayını artırmalısınız. Bir çox gələcək analar bu dövrlərdə yuxunun onların istirahətinə çox çətinlik yaratdığını söyləməkdədirlər. Şüur altında yaşanan narahatlıqlar yuxuda kabus olaraq özünü göstərə bilər. Hətta yuxuya getmədə böyük çətinliklər yaşaya bilərsiniz. Təcrübəli gələcək analar yatmazdan əvvəl yarım saatlıq bir gəzişin olduqca faydalı olduğunu iddia edirlər. Diqqət yetirməniz lazım olan bir başqa nöqtə də qan təzyiqinizdir. Hərçənd həkiminiz hər baş çəkdikdə təzyiqinizi ölçür, ancaq siz də 3-4 gündən bir bunu təkrarlasanız faydalı olar. Çünki xalq arasında hamiləlik zəhərlənilməsi olaraq da bilinən preeklampsiya ( hestozun ilk mərhələsi) üçün riskli dövrə girdiniz. Bu həftə ilə birlikdə hamiləliyinizin ikinci trimestri sona çatdı. Yolun böyük qismi geridə qaldı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!