Hamiləlik dövrü - 28. Həftə

Hamiləlik dövrü - 28. Həftə
Hamiləlik
10.09.2017 15
Bu həftə ilə birlikdə hamiləliyin ən çətin dövrlərindən biri olan üçüncü trimestr yəni son üç aya girmiş olursunuz. Bu həftədə körpəniz sürətlə böyüməyə davam edəcək və uşaqlığın içini mümkün olduğunca tutacaq. Uşaqlığınız  hardasa qabırğalarınız səviyyəsinə çatdı. Bu həftədə qıçlarınızda şişmə hiss edə bilərsiniz. 28ci həftədə həkiminiz sizdən qlükoza yükləmə testi istəyəcək. Bu testin məqsədi hamiləlikdə ortaya çıxan şəkər xəstəliyini yəni hestasion diabeti araşdırmaqdır. Yenə bu həftədə qan uyğunsuzluğunuz varsa həkiminizə bunu xatırladın. 28ci həftədə dünyaya gələn körpələrin təxminən 90%i yaşadılmaqdadır. Ancaq bu körpələrə reanimasiya şərtlərində tənəffüs dəstəyi lazımdır. Körpəniz davamlı uyğunlaşma və oyanma dövrləri keçirməkdədir. Zaman zaman gözlərini açıb bağlaya bilər. Qaşları inkişafını tamamlamışdır. Bədəni yağ depolamağa davam etməkdədir. Bu yağlar doğulduqdan sonra öz bədən istiliyini nizamlamada olduqca əhəmiyyətlidir. Bu həftədə körpənizlə rahatca danışa bilərsiniz, çünki artıq sizin səsinizi tanıyır!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!