Hamiləlik dövrü - 33. Həftə

Hamiləlik dövrü - 33. Həftə
Hamiləlik
10.09.2017 46
Son həftələrə sürətlə yaxınlaşdıqca körpənizin beynində meydana gəlmiş olan və neyron adı verilən milyardlarla sinir hüceyrəsi də onun uşaqlıq daxili həyatında ətrafındakıları öyrənməsinə köməkçi olur. Körpəniz eşidə bilər, hiss edə bilər və görə bilər. Bu həftələrdə körpənizin baş diametri köhnəyə nisbətən daha sürətli böyüməyə başlayır. Körpənizin göz bəbəkləri eynilə sizinkilər kimi işıqda kiçilib qaranlıqda böyümə qabiliyyətini qazanmışdır. Körpəniz bu sayədə bulanıq olaraq görə bilər. Yenidoğulanlar kimi körpəniz zamanının böyük bir qismini yataraq keçirir. Hətta yetkinlərdəki kimi dərin yuxuya gedər və gözlərində sürətli göz hərəkətləri müəyyən oluna bilər. Körpənizin yuxu görüb görə bilmədiyini bilmərik amma onun yuxu gördüyünü xəyal etmək daha xoş bir düşüncə aşılardı. Körpənizin ağciyərləri artıq inkişafı və yetkinləşməsini hardasa tamamlamışdır. Qoruma və doğum sonrası bədən istiliyini qoruma vəzifəsini yerinə yetirən dərialtı piy toxuması qalınlaşmağa davam etməkdədir. Körpələr hamiləliyin son dövrlərində sürətli çəki yığırlar. Körpəniz artıq yavaş yavaş doğum mövqeyini götürməkdədir. Əgər başı yuxarıda isə böyük bir ehtimalla Kesar əməliyyatı olmanız lazım olacaq. Sonlara yaxınlaşdıqca siz də daha sürətli çəki yığdığınızı hiss edə bilərsiniz. Əllərdə və ayaqlarda yüngül şiş olması normaldır, ancaq şiddətli başağrılarınız varsa, içıldayan işıqlar ya da nöqtəciklər görürsünüzsə, qarın ağrısı, bulantı və qusmanız olursa preeklempsiya baxımından diqqətli olmalı və mütləq vaxt itirmədən həkiminizlə görüşməlisiniz. Əgər körpəniz çox iridirsə ya da əkiz körpə gözləyirsinizsə qarnınızın içindəki həddindən artıq şişlik səbəbiylə mədənizə olan basqı və narahatlıq hissi səbəbiylə iştəhanızda azalma ola bilər. Körpənizin diz və dirsək vurmalarını ayırd edə bilərsiniz. Zaman zaman içəridə körpənin hoppandığını hiss etdiyinizdə təlaşlanmayın. Bu körpənizin hıçqırmalarıdır və tamamən normal bir vəziyyətdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!