Hamiləlik dövrü - 37. Həftə

Hamiləlik dövrü - 37. Həftə
Hamiləlik
10.09.2017 15
Xoşbəxt finala yalnız 4 həftə qaldı (əgər Kesar əməliyyatı olacaqsa 2 həftəyə qədər daha zamanınız var). Körpə isə hazırlandı. Hər an doğum kanalına girə bilər. Körpənizin diş ətləri də yetkinləşməsini tamamladı və artıq sərtdir. Hamiləliyinizin əvvəlində USMdə gördüyünüz o kiçicik canlı artıq tam mənasıyla təxminən 2750 qram ağırlığında bir insan balası. Bu həftədə körpəniz ümumiyyətlə son duruş mövqeyini götürmüşdür və artıq dönməsi çox nadir olaraq görülür. Bu həftədən sonra həkiminiz sizi hər həftə görmək və sizin və körpənizin vəziyyətini qiymətləndirmək istəyə bilər. Bu həftələrdə kilo artımınız (həm körpənin həm də sizin) çox sürətli ola bilər. Həkiminiz uşaqlıq yolundan material (selik) götürərək qrup B Streptokok infeksiyasını daşıyıb daşımadığınızı araşdırmaq istəyə bilər. Bu həftələrdə qarınınızın üst qismində bir boşluq və rahatlama hiss edə bilərsiniz. Bu körpənizin doğum kanalına doğru endiyini ifadə edir. Mədənizdəki basqı ortadan qalxacağı üçün iştəhanız yenidən açıla bilər. Bənzər şəkildə ağciyərlərinizdəki təzyiq də olmayacağından nəfəs alıb verməniz asanlaşar. Sidiyə çıxma körpənin sidik kisəsini sıxması ilə əlaqədar eynilə hamiləliyinizin ilk dövrlərindəki kimi yaxşıca artacaq. Körpənizin hərəkətləri çöldən rahatlıqla izlənilə bilər. Zaman zaman qarnınızın bir bölgəsində birdən bir yüksəliş hiss edə bilərsiniz. Körpənizin hərəkətləri döş qəfəsinizin altında sizə ağrı verə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!