Hamiləlik zamanı hansı kosmetikadan istifadə etmək olar?

Hamiləlik zamanı hansı kosmetikadan istifadə etmək olar?
Hamiləlik
10.09.2017 35
Hamiləlik dövründə dərimiz olduğundan daha yaxşı və ya həm də daha pis
ola bilər. Hormonal dəyişikliklərə görə səpgilər, yağlılıq yarana
bilər.…

Orqanizmimiz özünü necə
aparacaq, deyə, qabaqcadan proqnoz vermək mümkün deyil. Amma baş verən
dəyişikliklərə dəriyə qulluğu uyğunlaşdırmaq lazımdır. Ola bilər ki,
kəskin və gözləgörülən dəyişikliklər olmayacaq, amma bu o demək deyil
deməli ki, siz hamiləlikdən əvvəlkii kosmetikadan istifadə edə
bilərsiniz. Üztəmizləmə və nəmləndirmə
vasitələrini alarkən əmin olmaq lazımdır ki, onların tərkibində hormonal
və heyvan mənşəli əlavələr, spirttərkibli maddələr, sintetik yağlar və
paraben daxil deyil.

Hipoallergen və müalicəvi kosmetikadan istifadə etmək hamısından yaxşıdır. Qulluq və təmizləmə üçün Lierac, Bioderma, Clinique, Vichy, La Roche Posay, Weleda, Lavera, Logona kimi markalara müraciət edə bilərsiz.

Əgər sizin hamiləliyinizin
böyükhissəsi yaz-yay aylarında keçirsə, onda çox əhəmiyyətlidir ki,
kremlərinin tərkibində SPF olsun, çünki hamilə qadınların dərisi piqment
ləkələrinin yaranmasına meyillidir və bu həm də hormonal fonun
dəyişikliyi ilə bağlıdır.

Dekorativ
kosmetikaya gəlincə, onun istifadəsini minimuma yaxınlaşdırmaq
lazımdır. Aydındır ki, dekorativ kosmetika maksimal təbii olmalıdır.
Çünki, kosmetikada olan kimyəvi maddələr qadın orqanizminin maddələr
mübadiləsinə və ana südü vasitəsilə uşağa ziyan edə bilərlər.

Kirpiklər üçün maskara hipoallerqen olmalıdır və suyadavamlı olmamalıdır. Dodaq boyasının
yerinə dodaqlar üçün parıltılardan istifadə etmək daha yaxşıdır. Əgər
siz məhz pomadasız keçinə bilmirsinizsə, onu gigiyenik balzamdan sonra
çəkin. Onda dodaqlar daha az quruyacaq və çatlayacaq. Pomadanın və
parıltının seçimi vaxtı çox parlaq çalarlardan və güclü ətirli
variantlardan uzaq olmağa çalışın. Çünki bu amillər məhsulun allergiya
yaradacağına zəmindir. Gözlər üçün layneri karandaşla
əvəz etmək daha yaxşıdır ki, gözün selikli qişası iltihablanmasın.
Yalnız lazım olduqda kirşandan və tonal kremindən istifadə etmək
lazımdır. Dərinizə istirahəti verməyə çalışın və ehtiyac olmayanda
makiyajı etməyin. Makiyajı evə gələrkən dərhal təmizləyin.

Dırnaq üçün lboyaların
tətbiqinə gəlincə, hamiləlik zamanı ən böyük ziyanı dırnaq boyası yox
onun çəkərkən və ya silərkən ayrılan kimyəvi qoxunun udulması verir.

Əgər
9 ay ərzində siz yalnız gigiyenik manikürlə keçinə bilərsinizsə - çox
gözəl. Əgər yox, onda tərkibində aseton olmayan təmizləyicilərdən
istifadə edin.





Səma Abiyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!