Hamiləlikdə saçları boyamaq olarmı?

Hamiləlikdə saçları boyamaq olarmı?
Hamiləlik
10.09.2017 14
Gözəlliyinə biganə qalmayan xanımlar hər zaman baxımlı olmağı, fərqli
görünməyi sevirlər. Xanımı cazibədar göstərən elementlərdən biri də
düzgün seçilmiş saç rəngləridir. Bildiyimiz kimi, saçların rənginin
dəyişməsi kimyəvi prosesdir. Bəs o zaman sual yaranır:



Belə olan halda
hamiləlikdə saçları boyamaq olarmı?
Niyə olmaz?


Bu əslində çox aktual mövzulardan
biridir. Bəzi xanımlar 9 ay saçını boyamadan gəzməyi qəbul edə
bilmirlər, saçlarının cansız və cansıxıcı olduğunu söyləyirlər.



Amma
görək əslində bu necə olmalıdır?


"Hamiləlikdə saç rənglənməz”
- əslində bu qəti fikirlə biz də razılaşmırıq, amma boyamanın da
tərəfdarı deyilik. Bu məsələyə hər qadın öz orqanizminin fərdi
xüsusiyyətlərini nəzərə alaraq yanaşmalıdır və ən əsası onun, körpəsinin
sağlamlığını təhlil edən həkimin fikrinə əsaslanmalıdır. Məsələn, əgər
siz qoxulara qarşı həssassınızsa, allergiyaya meyillisinizsə, o zaman
rənglərdən uzaq durmağınız məsləhətdir. Çünki bu immun sistemini
yükləməkdən başqa bir fayda verməyəcək.

Həmçinin hamiləlik hormonlarda baş
verən ciddi dəyişikliklər dövrüdür. Ola bilər ki, boya sizin saçlarınızı
pis hala salar, heç gözləmədiyiniz rəngi almış olarsınız. Bu yöndən də
yanaşdıqda hamiləlikdə saç boyanması məsləhət görülmür.



Bəs rəngləməkdə israrlıyıqsa?

Bir məqamı da vurğulayaq ki, əgər
saçlarınızın rəngini dəyişməkdə israrlısınızsa, o zaman bunu 2 və 3-cü
trimestrlərə saxlasanız yaxşı olar. Çünki ilk 3 ayda dölün orqanları
formalaşır. Bu isə o deməkdir ki, boyanın zərərli maddələri qan
dövranınızla ona da ötürülür. Eləcə də boyamanı havalı otaqda edin ki,
kimyəvi maddələrin havasını udmayasınız. Xüsusilə də rənglərin
tərkibindəki ammoniyakla ehtiyatlı olmaq gərəkdir.

Nəinki hamiləlikdə, ümumiyyətlə adi
vaxtlarda belə saç boyamağın zərərli olmasından danışılır. Cənubi
Kaliforniya Universitetində aparılan araşdırmalar boyalardan istifadə
edənlərin digərləri ilə müqayisədə xərçəng xəstəliyinə tutulma
ehtimalının daha çox olduğunu araşdırıblar.

Əgər saçlarınızın təravətli və
parlaq olmasını istəyirsinizsə, "körpəmə bir zərəri olmaz?” sualı
qarşısında qalmısınızsa, heç tərəddüd etmədən xına, basma, qoz qabığı
kimi təbii vasitələri seçə bilərsiniz.



Aygün Quliyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!