Hamiləlikdə üz dərisinə necə qulluq edilməli?

Hamiləlikdə üz dərisinə necə qulluq edilməli?
Hamiləlik
10.09.2017 19
Hamiləlik xəstəliklər dövrü deyil, sadəcə gözəl və sağlam olmaq üçün adi
vaxtdan daha çox qulluq və qayğı tələb edir. Biz mütəmadi olaraq,
xanımlarımıza dəriyə qulluqla bağlı məlumatlar veririk. Bu dəfə isə
oxucularımızın xahişi ilə 9 ay boyunca üz dərisinin solğunlaşmasının
səbəblərini araşdıracaq və məsləhətlər verəcəyik.



Hamiləlikdə nə üçün bir sıra dəri problemləri ortaya çıxır?

Ana dünyaya övlad gətirən zaman
orqanizmində olan bütün faydalı maddələri körpəsinə ötürür. O zaman
təbii ki, ananın zəifləməsi və bəzi səhhət problemlərinin ortaya çıxması
mümkündür. Xüsusilə də hamiləlik zamanı estrogen və progestron
hormonlarının ifrazının artması da dəri problemlərinə yol açır. Buna
görə də qadınlar körpə  ilə yanaşı öz sağlamlıq və gözəlliklərini də
düşünməli, mütəmadi olaraq təbii vasitələrdən, maskalardan istifadə
edib, dəri sağlamlıqlarının qeydinə qalmalıdırlar. Hərəkətsiz orqanizmdə
bu problem daha da sürətlə inkişaf edir, odur ki, hamiləlik zamanı
aktiv hərəkətlərdən çəkinməyin. Hamilələr üçün nəzərdə tutulmuş idman
hərəkətlərinə üstünlük verin.



Üz gözəlliyi üçün nə edilməli?

Həkimlər dəri sağlamlığı üçün ilk
növbədə xanımın yeməyinə fikir verməsini – fol turşusu və dəmir tərkibli
qidaları çox yeməyi məsləhət görürlər. Həmçinin bol maye qəbulu da bu
sıraya daxildir.

Hamilələr gözləməməlidirlər ki,
dəridə problemlər yaransın. Yaranmazdan öncə üzlərinin qayğısına
qalmalıdırlar. Bu dönəm üçün heç bir zərəri olmayan xüsusi kosmetoloji
vasitələr var ki, onlardan istifadə edə bilərlər. Eyni zamanda yağlar
(bu haqda keçən yazılarımızın birində ətraflı məlumat vermişdik),
tərəvəzlərdən hazırlanan maskalar da köməyinizə gələ bilər. Əgər
hamiləliyiniz qızmar yay günlərinə təsadüf edibsə, o zaman mütləq günəş
şüalarından qoruyan kremlərdən istifadə etmək lazımdır.



Bəs bu kosmetk vasitələrin körpəyə zərəri varmı?

Hamilələr tərəfindən ən çox
soruşulan suallardan biri də budur. Təbii ki, üz dərisinə qayğı ilə
bağlı istifadə edilən vasitələrə diqqətlə yanaşmaq lazımdır. Dəri
ləkələrinə qarşı olan müalicəvi vasitələr, saç düzləşdiricilər,
tüktökücülər, selülit kremləri, saç boyaları bunlar körpə üçün təhlükəli
ola bilər. Amma nəmləndirici vasitələr, şampunlar, dezodorantlar
zərərsiz məhsullar sırasına daxildir.



Hamiləlik boyunca istifadə edilməsi tövsiyə edilən bir neçə nəmləndirici maska reseptini təqdim edirik:



Normal dəri üçün

1) 1 xörək qaşığı kəsmik ilə 1 çay qaşığı xamanı qarışdırıb, bir çimdik duz vurub, üzə çəkirsiniz.

2) Xiyarı sürtgəcdən keçirib,
tənfizin içinə yığıb, elə sulu halda 20 dəqiqə üzdə saxlamaq lazımdır.
İçinə 1 damcı limon şirəsi sıxmağı da unutmayın.

 

Quru dəri üçün

1) 2 xörək qaşığı kəsmik ilə 1
xörək qaşığı ilıq südü qarışdırıb, üzərinə 1 çay qaşığı bitki yağı da
əlavə edib, qarışdırırsınız. Bir neçə dəqiqə üzünüzdə saxlayırsınız.

2) 2 ədəd təzə xiyarı sürtgəcdən
keçirib, içərinə yulaf unu əlavə etmək də quru dəriyə yaxşı təsir edir.
Dəriniz çox həssasdırsa, unu xama ilə əvəz edə bilərsiniz.

 

Yağlı dəri üçün

1) Almanı sürtgəcdən keçirib,
üzə çəkmək faydalıdır. Bu qayda ilə kökü, şaftalını, xiyarı da yağlı
dəri üçün istifadə edə bilərsiniz. Maskaya yulaf unu da əlavə etmək
olar.

2) 1 xörək qaşığı kefir ilə 1 xörək qaşığı kəsmiyi qarışdırb, bir çimdik duz da əlavə edib, 10-15 dəqiqə üzdə saxlamaq olar. 



Aygün Quliyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!