Hamiləlikdə dəri dartılmalarına qarşı təbii yağlar

Hamiləlikdə dəri dartılmalarına qarşı təbii yağlar
Hamiləlik
10.09.2017 21
Hamilələri narahat edən ən əsas xarici görünüş problemi dəri
dartılmasıdır. Belə ki, hamiləlikdə dəri güclü dartılmaya məruz  qalır
və bu zaman çatların əmələ gəlməsi hamilələrin əksəriyyəti üçün
xarakterikdir. Bəs onların qarşısını almaq olarmı? Çatlar yaranmasın
deyə hansı vasitələrdən istifadə etmək olar?
Qeyd edək ki, 9 ay boyunca qadın öz
gözəlliyinə və dəri sağlamlığına adi vaxtlardan daha çox diqqət
etməlidir. Təbii yağlar dəri nəmlənməsi üçün ən faydalı və dölə heç bir
zərəri olmayan üsuldur. Ancaq bu zaman da onlar bəzi məqamlara fikir
verməldirlər.

1-ci trimestrdə - körpənin
orqanlarının formalaşdığı zaman kimyəvi tərkibli kremlər və qulluq
vasitələri məsləhətli deyil. Bədəni nəmləndirmək üçün zeytun yağı ən
yaxşısıdır. Ən çox dəri dartılmaları 2-ci trimestrdən etibarən başlayır
ki, onda da həkim göstərişi ilə xüsusi krem və gellərdən istifadə etmək
olar.

Hamiləlik üçün ən faydalı yağlar sırasına lavanda, neroli və portağal yağı daxildir.



Hamiləlik  zamanı dartılmalarının qarşısını alan yağ maskası:

Zeytun yağı – 4  x/q.;

Lavanda yağı – 2 damcı;

Ətirşah yağı – 2 damcı;

Portağal yağı – 2 damcı

 

Bu
maskanı hazırlayıb gündə 1 dəfə dərinizi, xüsusilə də sinə, qarın
bölgələrini masaj edə bilərsiniz. Əgər hər gün maska hazırlamağa
vaxtınız yoxdursa, o zaman bu qarışığı bankada 3 aya kimi soyuducuda
saxlaya bilərsiniz.

 

Hamiləlik  zamanı dartılmalara qarşı yağlı masaj:

Hamiləliyin ikinci trimestrindən
etibarən çalışmaq lazımdır ki, dəri hər gün masaj edilsin.  Xüsusilə süd
vəziləri böyüdükcə gündə 1 dəfə bu qarışığı hazırlayıb, onunla dərini
masaj edin ki, dəri problemlərinin qarşısı alınsın.



Jajoba yağı – 1 x/q.;

Ətirşah yağı – 2 damcı;

Portağal yağı – 1 damcı;

Efir yağlarıyla vanna qəbulu



Aşağıdakı
təbii yağlardan hazırladığınız qarışığı ilıq vannaya əlavə edə
bilərsiniz. Vanna qəbulu hamiləni rahatlaşdırar, stress atmasına kömək
edər:


Buğda yağı – 1 x/q.;

Lavanda yağı – 1 damcı;

Neroli yağı – 1 damcı;



Bu
qarışığı ilıq vannaya tökürsünüz. Həftədə 1-2 dəfə 15 dəqiqədən artıq
olmayaraq, həmin vannanı qəbul edirsiniz. Qeyd edək ki, hamiləlik zamanı
vanna qəbulu bir qədər təhlükəli olduğu üçün 15 dəqiqədən çox
olmayaraq, 38 dərəcə temperaturlu suda qalmaq olar.

Vanna qəbulundan sonra qurulanmayın, təbii qurumağa çalışın.

 

Hamiləlikdə bu yağlar olmaz!

Hamiləlik zamanı efir yağlarının qəbulu 2 x/q və ya 4 damcını keçməməlidir. Amma bunlardan isə heç istifadə edilməməlidir:

reyhan;

zəncəfil;

sidr;

darçın;

çobanyastığı;

cövüz;

nanə;

ardıc;

cəfəri;

yovşan;

qızılgül;

rozmarin;

kəklikotu;

razyana;

sürvə.



Bəzi
yağlar foto-zəhərlidir. Onlar günəşin təsiri altında dəriyə zərər vura
bilər. Xüsusilə bu, sitrus efir yağlarına aiddir. Günəşə çıxmazdan öncə
berqamot, limon, portağal, mandarin yağlarının istifadəsi mələhət deyil.



Hamiləlikdə ən faydalı yağ zeytun yağıdır

Zeytun yağı təkcə dəri
dartılmalarının qarşısını almır, həm də artıq yaranmış "cızıq”ların
azalmasına, itməsinə kömək edir. Zeytun yağını çəkdikdən və dəriyə
"yeritdikdən” sonra mümkünsə geyim geyməmək, yaxşıca hopmasına imkan
vermək lazımdır. Sonra isə salfetlə silmək olar.

Qeyd edək ki, zeytun yağı "gözəllik
vitamini” sayılan E–nin mənbəyidir. O, dərinin nəmlənməsinə, uzun
müddət nəmliliyini qoruyub saxlamağa kömək edir. Bununla da zeytun yağı
dəri dartılmalarının qarşısını alır. Həmçinin zeytun yağı:

- Tərkibində omeqa – 3 olduğu üçün körpənin əsəb sisteminin də formalaşmasına müsbət təsir edir;

- Dölün inkişafı üçün zəruri olan maddələrdən ibarətdir;

- Çəkinin normada saxlanmasına kömək edir;

- Mədə-bağırsaq işini yaxşılaşdırır;

- Kalsium tərkibli olduğu üçün ana və körpənin sümük sisteminə də faydalıdır;

- Və ən əsası, hamilələrdə allergik reaksiyalara səbəb olmur.

 

Aygün Quliyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!