Hamiləlik dövründə daha rahat yatmağın yolları

Hamiləlik dövründə daha rahat yatmağın yolları
Hamiləlik
10.09.2017 12
Yastıqların sehri

Həkimlər hamiləlik müddətində uzanmağı tövsiyə edirlər (xüsusən də
sol tərəfə). Bu prosesdə yastıqlar da sizə çox köməkçi olacaq. Sola
dönəndən sonra bir yastığı ayaqlarınızın arasına qoyun, bir başqa
yastığı kürəyinizə və ikisini də boynunuz və başınıza qoyun.

 

Kitabların yaratdığı diqqət dağınıqlığı

Hamilə və hamiləliklə əlaqədar tapdığınız hər kitabı oxumaq
istəyirsiniz. Bu çox normaldır amma oxuduqlarınız sizi narahat edən və
yuxunuzu qaçıran şeylər olmamalıdır. Sizi narahat edən, həyəcanlandıran
kitabları çarpayınızın yanına qoymayın və yatmazdan bir saat öncə bu tip
kitabları oxumayın.

 

Daha az su için

Hamiləlik zamanı tez-tez ayaqyoluna getmək ehtiyacı hiss edilir. Bu
səbəbdən gecələr oyana bilər və sakitləşdirici yuxudan məhrum qala
bilərsiniz. Bunun qarşısını almaq üçün gün ərzində içə bildiyiniz qədər
su için və axşamlar saat 17:00-dan sonra su içməyi azaldın. Beləliklə,
gecələr daha rahat yatarsınız.

 

Musiqi dinləyin

Gözlərinizi bağlayın və sizi rahatlaşdıran musiqilərə qulaq asın.

 

Ətirli yağlar

Qızçiçəyi, lavanda kimi ətirli yağlar yatmanızı asanlaşdırar. Yastığınıza bir-neçə damcı tökə bilərsiniz.

 

Sürətli və isti duş qəbul etmək

Yatmadan əvvəl sürətli və isti (çox da isti olmamalıdır) duş qəbul
etmək sizə yaxşı təsir edəcək və asanlıqla yuxuya getməyinizi təmin
edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!