Hamilə qadınlara məsləhət

Hamilə qadınlara məsləhət
Hamiləlik
10.09.2017 45
Havalar bürkülü, isti keçdiyi üçün hamilə qadınlar daha ehtiyatlı davranmalıdırlar.



Daim sərin yerlərdə olmaları, dərinin quru qalmamasından ötrü sudan daha çox istifadə etmələri, gün ərzində tez-tez ilıq duş almaları, göbələk xəstəliyinə tutulmamaları üçün pambıq paltarlar geymələri məsləhət görülür. Temperaturun yüksək olması həddindən artıq tərləməyə, halsızlığa, yorğunluğa, başgicəllənməyə, ürəkbulanmaya, qusmaya, hətta əsəbiliyə səbəb olur.



Hamilə qadınların gündə 8-10 stəkan su içməsi, təzə meyvə şirələri qəbul etməsi vacibdir. Lakin çay, qəhvə, kola kimi içkilər kafein tərkibli olduğu üçün məsləhət görülmür. Təzyiqin yüksəlməsinə səbəb olan duzlu, ədviyyatlı yeməklərdən və alaçiy ətlərdən imtina edin, menyunuzda meyvə-tərəvəzə daha çox üstünlük verin.



Açıq rəngli, pambıq və kətan parçadan tikilmiş paltarlar geyin.




 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!