Vaginal duşla hamiləlikdən qorunmaq olar?

Vaginal duşla hamiləlikdən qorunmaq olar?
Hamiləlik
10.09.2017 8
Vaginal
duş - uşaqlıq yolunun təmizlənməsi məqsədi ilə vaginanın su, ya da
başqa mayelərlə yuyulmasıdır. Bu məqsədlə xalq arasında ən sıx istifadə
edilən maye sudur. Bəs vaginal duş zərərlidirmi? Vaginal duş
hamiləlikdən qoruyurmu? Aile.lent.az xanımları maraqlandıran bu sualları cavablandırmağa çalışıb.

 

İlk olaraq onu bildirək ki, qadınlar əsasən:

Vaginal təmizlik

Hamiləliyin əngəllənməsi

Axıntının təmizlənməsi

Vaginanın göbələkdən qorunması

Cinsi yolla keçən xəstəliklərə yaxalanmamaq

Menstruasiya sonrası vaginada qalan qanın təmizlənməsi üçün vaginal duş edir.

 

Vaginal duş zərərlidirmi?

● Pis qoxulu olmayan vaginanın təbii mukoid axıntısı vaginal infeksiyalara qarşı bir qoruma mexanizmidir.

 


Vaginal duş qadının vaginasındakı turşu səviyyəsini pozaraq
infeksiyalara səbəb olur. Vagina bölgəsində pis qoxu olan qadınlar
mütləq ginekoloqa getməlidir.

 

● Vaginal duş vəziyyəti düzəltmək yerinə daha da pisləşdirir.

 


Normalda vaginanı mikroblardan təmizləyən ən təsirli amillərdən biri
vaginada yaşayan və bədənə yararlı mikroorqanizmlərin yaratdığı turşu
balansıdır.

 

● Vaginal duş bütün bu bölgədə olan turşu balansının normal səviyyəsini pozaraq, həmin hissəni infeksiya və narahatlıqlara qarşı həssas hala gətirir.

 


Vaginal infeksiya varsa, vaginal duş zamanı bu infeksiyanın daha
yuxarıya, yəni uşaqlıq və yumurtalıqlara daşınması ehtimalı olur.

 

● Qadın xəstəlikləri və doğuş üzrə mütəxəssislər vaginal duşu tövsiyə etmir.

 

Hansı hallarda vaginal duş edilir?

 

Bəzi
qadınlar vaginal duş etmədikləri halda özlərini təmiz hiss etməzlər.
Xroniki vaginal göbələk infeksiyası, ya da xroniki bakterial infeksiya
olduqda tibbi olaraq bəzi özəl molekullar olan məhsullarla vaginal
təmizlik edilə bilər. Bu da həkim məsləhəti ilə edilməlidir.

 

Vaginal duşla hamiləlikdən qorunmaq mümkündürmü?

 

Vaginal
duşla hamiləlikdən qorunmaq mümkün deyil. Həyati təhlükəyə səbəb ola
biləcək bir xəstəlik riskini artırır. Hamilə qadınlar vaginal duşu
tərgitməsələr, bu hal suyun erkən gəlməsi və nəticədə erkən doğuşa səbəb
olur.

 

Vaginanı necə təmizləmək lazımdır?

● Vagina özünün mukoid mayesini ifraz edərək öz-özünü təmizləyir. Bu, ən yaxşı üsuldur.

 


Sağlam vaginada bir miqdar duru axıntı olur. Bu, vaginanın öz
axıntısıdır. Vagina öz PH balansını sabit tutaraq antibakterial ortam
yaradır.

 

● Vaginanın çölünü ilıq su ilə, ya da PH səviyyəsi normal sabunlarla yumalısınız.

 

● Tampon, sprey kimi materiallardan uzaq qaçın. Bunlar vaginal infeksiya riskini artırır.

 

● Vaginanı gözünüz kimi düşünün. Necə ki gözlərin içini yox, yalnız bayırını təmziləyirsiniz, vaginaya da elə yanaşın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!