Hamiləlik zamanı əllərdə uyuşma

Hamiləlik zamanı əllərdə uyuşma
Hamiləlik
10.09.2017 38
Hamiləlikdə zaman zaman əllərdə uyuşma, tikanlaşma, yanma, ağrı, sızlama
hissləri ola bilər, hətta daha da irəli dərəcədə olsa zəiflik,
hissiyatsızlıq kimi şikayətlər də ola bilər. Xəstə xüsusilə baş barmaq
və üzük barmağı arasında barmaqlarda bu şikayətlərin olduğunu ifadə
edər, bir əşyanı tutarkən çətinlik çəkdiyini hətta əlindən saldığını
söyləyər. Bu şikayətlər Karpal Tenül Sindromu deyilən əl biləyində sinir
sıxılması halına bağlı inkişaf edir. Karpal tunel sindromu yalnız
hamilə qadınlarda olmaz, hamıda yarana bilər xüsusilə əlini və əl
biləyini davamlı təkrarlayan hərəkətlərlə işlədən insanlarda (davamlı
kompüter istifadə etmək kimi) görülür. Hamiləlikdə xüsusilə 5-ci aydan
sonra olur bu ağrılarr çünki bu aylardan sonra bədəndə kilo artması, su
tutulması, şişlik artır. Hamilə xanımların təxminən %20-də karpan tunel
sindromuna rast gəlinir. Doğumdan sonra şikayətlərin çoxu keçər.

Karpal tunel sindromu əl biləyindən keçən median sinirin sıxılmasına
bağlı inkişaf edən əllərdə uyuşma, tikan batması, halsızlıq kimi
şikayətlərlə xarakterizə bir haldır. Median sinirin əl topuğundan
keçdiyi tunelə bənzər formaya karpal tunel deyilir. Hamiləlikdə
orqanizmdə su tutulması və çəkinin artması ilə bu sinir sıxışa bilər.
Median sinir baş barmaq, şəhadət barmağı və orta barmağın tamamında və
üzük barmağının yarısında hiss etmə duyğusunu təmin edir. Həmçinin baş
barmağın autizm funksiyanı təmin edən əzələni də median sinir bəsləyir.
Bu səbəblə median sinir sıxışdığı zaman bu barmaqlarda duyğu itkisi
olur, baş barmaqda gücsüzlük olur. Əlin digər barmaqlarına təsir etməz
çünki onları başqa sinirlər bəsləyir.



Müalicəsi

Diaqnostika və müalicəsi ortopediya mütəxəssisləri tərəfindən tətbiq
edilir. Müalicədə əl qolunu düz vəziyyətdə saxlamaq üçün bint, otell
kimi tədbirlər görülür. Bəzən əl biləyinə steroid dərmanlar injeksiya
edilir. Bu üsullarla yaxşılaşma olmazsa ciddi hallarda əl biləyinə
tətbiq edilən kiçik bir cərrahi əməliyyat ilə sinir sıxılmadan xilas
edilir.



Hamiləlikdə karpal tunel sindromundan uzaq olmaq üçün orqanizmdə su
toplanmasını azaltmaq və duz istehlakını azaltmaq lazımdır. Həddindən
artıq kilo artımından qaçınmaq lazımdır. Əl biləyinə daim işlədən bir iş
görülürsə arada istirahət etdirmək lazımdır. Əllərin üzərində yatmaqdan
qaçınmaq lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!