Hamiləlikdə hansı dərmanları istifadə etmək olmaz?

Hamiləlikdə hansı dərmanları istifadə etmək olmaz?
Hamiləlik
10.09.2017 48
Hamilə
qadınlar xəstəlikləri ilə əlaqədar hamiləlik dovründə çoxlu dərman
maddələri qəbul edirlər.Lakin nəzərə almaq lazımdır ki qəbul edilən
dərmanlar korpə orqanizminə mənfi təsir göstərə bilər.Dərmanların ana
bətnində dölə göstərdiyi toksiki təsir nəticəsində uşaq salma,vaxtından
əvvəl doğuş,eybəcərlik,dölün və yenidoğulmuşun ölümü,ürək və tənəffüs
sistemi qüsurları,çıxıqlar,korluq,karlıq və s törənə bilər.Dərmanların
törətdikləri təsir 3yerə bölünür 



1.Embriona təsir(ilk 2həftə) 

Ən
təhlükəli dövr hamiləliyin hamiləliyin 1ci həftəsindən başlayır.3cü
həftədə ya embrion məhv olur yada uşaqlıq divarına bərk yapışaraq
inkişaf etməyə başlayır.Bu dövr çox kritik dövr hesab olunur 1ci
təhlükəli dövr hesab olunur. 

Bu dövrdə istifadəsi təhlükəli olan dərmanlar bunlardır: 

Hormonlar,sulfanilamidlər,nikotin və tərkibində flüor olan dərmanlar 



2.Teratogen təsir(eybəcərlik – 3-8həftə) 

Bu
fazada dölün aktiv inkişafı gedir və bu zaman qəbul edilən dərmanlara
ciddi fikir verilməlidir bu dövr 2ci təhlükəli dövr adlanır. 



3.Fetotoksik təsir(18-22həftə) 

Bu
dövrdə körpədə ürək qan damar sistemi və digər orqanlar inkişaf etdiyi
üçün bu dövrdə dərmanlar müəyyən qüsurlara yol aça bilir bu dovr 3cü
təhlükəli dövr adlanır. 

Dərman
maddələri hamilə qadınlarda ciftdən dölə keçir müəyyən dəyişikliklərə
uğradıqdan sonra böyrəklərlə xaric olur.Böyrəklərin fəaliyyətinin
zəifləməsi zamanı isə dərmanların xaric olması ləngiyir və daha çox
toksiki təsir göstərməyə başlayır.Hamiləliyin axırıncı aylarında cift
qan dövranı zəif olur.Şəkərli diabet,yuksək təzyiq və s xəstəliklər
zamanı ciftin qan dövranı kəskin zəifləyir belə halda dərman maddələri
dölün orqanizmindən çıxa bilmir və toplanaraq zəhərlənmə və ya teratogen
effekt törədir. 

Hamiləlikdə dərman maddələrinin toksik təsir göstərməsinin səbəbləri: 



1.Hamiləlik dövründə qanda zülalların miqdarının azalması-qanda dərmanın yüksək dozada toplanmasına səbəb olur 



2.Böyrəklərdə baş verən dəyişikliklər 



3.Mədə bağırsağın funksiyasinin dəyişilməsi 



4.Ürək qan damar sistemində baş verən dəyişikliklər 



Təhlükəli olmayan dərmanlar: 

A.-Ümumiyyətlə təhlükəli olmayanlar-KCl,Dəmir preparatları,vitaminlər,Triyodtrionin 

B.-Təhlükəliliyi sübut olunmayıb-İnsulin,Aspirin,Metronidazol 

Təhlükəli olan dərmanlar: 

C.-Təhlükəliliyi sübut olunub-Gentamisin,izoniazid,flüorxinolonlar,antidepressantlar,parkinsanizm əleyhinə maddələr 

D.-Mənfi təsiri var-Diazepam,doksisiklin,kanamisin,diklofenak 

Tamamilə əks göstəriş olan dərmanlar: 

X.-Androgenlər,Streptomisin,Erqotamin,Xininскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!