Qidalanmada fol turşusu

Qidalanmada fol turşusu
Hamiləlik
10.09.2017 16
Hamilə qalmazdan əvvəl fol turşusunun əhəmiyyəti 

Əgər
siz gələcək aylarda hamilə qalmağı planlaşdırırsınızsa, fol turşusu
əlavələri qəbul etmək yaxşı olardı. Fol turşusu hamiləliyin ilk
mərhələlərində körpənizin onurğa və beyninin sağlam inkişafı üçün çox
vacibdir. Kifayət qədər fol turşusu qəbul etməsəniz, körpənizdə spina
bifidanın yaranma təhlükəsini artırırsınız (onurğa sütununun hamiləliyin
ilk ayında bağlana bilməməsi) Həmçinin, fol turşusu bol olan qidaları
da qəbul etmək əhəmiyyətlidir, çünki vitaminlər bütöv qidadan alındığı
zaman daha yaxşı absorbsiya edilir və bitki fermentləri assimiliyasiyaya
kömək edir. 



Fol turşusu nədir? 

Fol
turşusu, həmçinin, folat və B9 vitamini də adlanır. Bu, sağlam sinir
sistemi üçün vacib olan B vitaminləri qrupunun başqa bir üzvüdür.
Gündəlik 400 mikroqram fol turşusu qəbulu sağlam hamiləlik üçün
optimaldır. Fol turşusu əlavəsi ilə yanaşı, siz həmçinin, fot turşusu
bol olan qidalar da qəbul etməlisiniz. 



Fol turşusu təşkil edən qidalar 

Yaşıl yarpaqlı tərəvəzlər (ispanaq, brokkoli, kələm) 

Qulançar 

Noxud, Lobya və mərcimək 

Bəzi meyvələr, xüsusən, papaya, portağal və qreypfrut 

Çuğundur 

Avokadoскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!