Hamilə sərnişinlərə uçuş məsləhətləri

Hamilə sərnişinlərə uçuş məsləhətləri
Hamiləlik
10.09.2017 7
Yeni
məsləhətlərə görə uçmaq üçün ən salamat vaxt hamiləliyin 37-ci
həftəsinədək, ekizlərə hamilə olanlara isə hamiləliyin 32-ci həftəsindək
olan müddətdir. 



Britaniyanın Kral Mamaçalıq və
Ginekoloqlar Kolleci (The Royal College of Obstetricians and
Gynaecologists - RCOG) bildirir ki, aşağı riskli hamiləlik zamanı
təyyarə üçüşları təhlükəli deyildir, lakin bunun yan fəsadları ola
bilər. 

Əgər
hamiləlik 28 həftədən artıqdırsa, səfərə çıxarkən qadın tibb
kitabçasını və sahə həkimindən alınmış məktubu özü ilə götürməlidir. Bir
çox hava şirkətlərinin hamiləliyin hansı müddətində uçuşa icazə
verilməsinə dair öz qaydaları mövcuddur. 



Uçuş
zamanı hamının azacıq radiasiyaya məruz qalmasına baxmayaraq, uçuşların
uşaq salınmasına, erkən doğuşa və ya uşaqlıqdan su açılmasına səbəb
olduğu barədə dəlillər yoxdur. 



Uçuş zərərsizdir

Uçuş
zamanı təyyarə salonunda təzyiqin dəyişməsinin və rütubətin azalmasının
hamiləliyə zərərli təsiri barədə də faktlar məlum deyil. 

RCOG-un
buraxdığı məsləhət vərəqəsində deyilir ki, hamiləlik normal gedirsə,
uçuş qadın və onun bətnindəki uşaq üçün zərərsizdir. 

Bundan
əvvəl, bətnində birdən artıq uşaq olan qadınlar üçün salamat üçüş
müddəti hamiləliyin 34-cü həftəsinədək müəyyən edilmişdi, lakin indi bu
müddət, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (International Air
Transport Association-IATA) tövsiyəsi ilə 32 həftəyə endirilib. 

Hamiləliyin 37 həftəsindən sonra doğuş hər an baş verə bilər. 



Vərəqədə həmçinin hamiləlik zamanı uçuşların yan fəsadları barədə də məsləhətlər verilir. 

Bura
maye yığılması nəticəsində ayaqların şişməsi, hava təzyiqinin
dəyişməsidən burun və qulaqda yarana biləcək problemlər, ürək bulanması
kimi hamiləliyi çətinləşdirən hallar daxildir. 



4
saatdan daha uzun sürən uzaqmənzilli uçuşlar zamanı dərin damar
trombozu riskləri arta bilər. Bu zaman ayaqlarda və qasıqda qanın
qatılaşması baş verir ki, bu da hamiləlik zamanı daha risklidir. 

Vərəqədə
deyilir ki, qadın gen paltarlar və rahat ayaqqabı geyinməli, uçuş
zamanı salonda vaxtaşırı gəzişməli və yarım saatdan bir öz kreslosunda
idman hərəkətləri etməlidir. 



Uçuş zamanı alkoqollu və kafeinli içkilərin qəbulunu məhdudlaşdırmaq, elastik corablar geyinmək də fayda verə bilər. 



Uçuş qadağası

Lakin bəzi hallarda hamiləlik zamanı uçmamaq daha yaxşıdır. 



Məsələn,
əgər qadının doğuş günündən əvvəl doğa bilməsi riski mövcuddursa,
kəskin anemiyası, oraqşəkilli eritrosit xəstəliyi vardırsa, bu
yaxınlarda uşaqlığından əhəmiyyətli qanaxma keçirmişdirsə və ya ciddi
ürək - ağ ciyər qüsurları vardırsa, uçmamaq daha məsləhətlidir. 

RCOG-un
pasient informasiya komitəsinin sədri Philippa Marsden deyir ki, bu
məlumatlar uzaq və yaxın uçuşlara çıxanlar üçün keçərlidir. 

"Təyyarə
ilə uçub-uçmamaq barədə qərar qəbul edərkən, səfər zamanı hamiləliyin
neçənci həftəsinin olacağını hesablamaq, mənzil başında doğuş üçün
lazımi avadanlıq və müəssisənin olub-olmamasını, tibbi problemlərin
kəskinləşməsi riskini nəzərə almaq lazımdır. 



"Çox
mühümdür ki, uçuşdan əvvəl sağlamlığınızla və ya hamiləliyinizlə bağlı
bütün narahatlıqlarınızı mamaçanız və ya həkiminizlə müzakirə
edəsiniz”. 

RCOG qadın şəbəkəsinin sədri Cath Broderick deyir ki, təlimatlarda düzgün məsləhətlər verilib. 



"Yeni
məsləhətlərdə deyilir ki, təyyarıə səfərləri zamanı hamiləlik
qeydlərinizi, gözlənilən doğum gününü təsdiq edən sənədi, Avropa Səhiyyə
Sığortası şəhadətnaməsini və qəbul etdiyiniz dərmanları özünüzlə
götürməlisiniz”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!